AZ

Belarusla sərhəddə Polşa təhlükəsizlik qüvvələrinə hücum: Yaralılar var

Belarusla sərhəddə naməlum şəxs Polşa Sərhəd Mühafizəsinin əməkdaşına və Polşa ordusunun əsgərinə hücum edib.

KONKRET.az xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsinin məlumatında deyilir.

Dünən, mayın 1-də Polşa patrulları iki dəfə hücuma məruz qalıb. Hücumların birində Sərhəd Mühafizəsinin zabiti üzündən daşla yaralanıb və ona tibbi yardım göstərilib.

Bundan əvvəl Belarus sərhədçiləri polyakların qaçqınlara qarşı qeyri-insani münasibətindən şikayət etmişdilər. Belarus Sərhəd Komitəsi əvvəllər dəfələrlə Polşa sərhədçilərinin qaçqınlara qarşı qeyri-insani münasibətindən şikayət edib. Belə ki, mart ayında Polşa ilə sərhəddə tanınmaz halda olan miqrantın meyiti tapılıb.

Burhan,

KONKRET.az

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla