AZ

“Pao” uduzdu və etiraz etdi

Çərşənbə axşamı Avroliqada 1/4 final seriyalarından ikisində oyun keçirildi.

“Football-plus.az” xəbər verir ki, “Barselona” və “Makkabi” seriyada önə çıxdı. Xatırladaq ki, komandalar üç qələbəyə qədər oynayır.

Yeri gəlmişkən, “Panatinaikos” məğlubiyyətin ardından Avroliqanın müvafiq qurumuna iki rəsmi etiraz ünvanlayıb. Yunanıstan klubu belə hesab edir ki, sona 13 saniyə qalmış Matias Lessor Lorentso Braunun atışının qarşısını alandan sonra topa “Pao” yiyələnməliydi. Ancaq hakimin təyin etdiyi mübahisəli topu “Makkabi”nin oyunçusu Coş Nibo qazandı, ardından Cerian Qrant Brauna qarşı kobud oynadı və o da iki cərimə zərbəsini xala çevirdi. Həmçinin hakim 4-cü çeyrəyin sonuna 55 saniyə qalmış topun Nibodan auta çıxmasını qeydə almayıb.

1/4 final
30 aprel
Olimpiakos (Yunanıstan) – Barselona (İspaniya) 80:82 ОТ (13:13, 24:19, 14:25, 20:14, 9:11)
Seriyada hesab – 1:2.
Makkabi T-Ə (İsrail) – Panatinaikos (Yunanıstan) 85:83 (23:11, 23:26, 21:19, 18:27)
Seriyada hesab – 2:1.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla