AZ

“Urbanda görüşərik” layihəsi çərçivəsində Məhəmməd Füzuli yad edilib - FOTO

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" layihəsi çərçivəsində növbəti dəfə "Qiraət axşamı"nı təqdim edib.

APA xəbər verir ki, bu dəfəki gecə dahi Azərbaycan şairi və mütəfəkkiri, Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna rol oynayan Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunub.

"Qiraət axşamı"nda aparıcı Xuraman Ağayeva, qiraətçilər İmamverdi Vəliyev, Gülnarə Sadiq, Zahirə Bədəlov, Vüsal Hicran, Zülfiyyə Yaqub dahi şairin qəzəllərini səsləndiriblər.

Gecənin sonunda gənc vokalçı Qaya Nəsibzadə sözləri Məhəmməd Füzuliyə, musiqisi görkəmli bəstəkar Süleyman Ələsgərova məxsus "Vətənimdir" romansını ifa edib.

Qeyd edək ki, 5 may tarixində keçiriləcək növbəti "Qiraət axşamı" Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, maarifçi və ictimai xadim Əhməd Cavada həsr olunacaq.

“Urbanda “Urbanda “Urbanda “Urbanda “Urbanda
Seçilən
46
4
Mənbələr
Şərh ()
Bağla