AZ

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

“Xalqa

Bakı, 2 may, AZƏRTAC

Bişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Xalqa bağışlanmış ömürdən anlar” (“Элге берилген өмүрдүн көз ирмемдери”) kitabı qırğız dilinə tərcümə edilərək nəşr olunub.

Kitabın hazırlanmasında əsasən Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın materiallarından istifadə olunub.

Kitabda SSRİ-nin mövcudluğunun son illərində dünyada və Azərbaycanda gedən proseslər, xalqımızın qarşılaşdığı faciələr barədə məlumat verilir. Müəlliflər görkəmli dövlət və siyasət xadimi, dünya şöhrətli siyasətçi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ömür yolu və Naxçıvan Muxtar Respublikasında olduğu dövrdə, sonradan Azərbaycana rəhbərliyi zamanı fəaliyyətindən, onun ölkəni və xalqımızı bir çox fəlakətdən xilas etməsindən bəhs edirlər. Kitabda həmçinin Heydər Əliyevin təşəbbüsü ilə yeni tipli siyasi təşkilat olan və qısa müddətdən sonra ölkənin hakim partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının yaradılması prosesi əks olunub. “Xalqa bağışlanmış ömürdən anlar” nəşri Ulu Öndərin 1969-cu ildən 1996-cı ilədək olan dördə həyat və fəaliyyətini xronoloji qaydada əhatə edir.

Kitabı qırğız dilinə Rıskulbekov adına Qırğızıstan İqtisadiyyat Universitetinin professoru, Qırğız Respublikası Jokorqu Keneşinin (Parlamentinin) V və VI çağırışlar deputatı olmuş, respublikanın Əməkdar iqtisadçısı Elmira Cumaliyeva tərcümə etmişdir.

Qeyd edək ki fondun rəhbəri uzun illər Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin irsini, Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti, eləcə də Azərbaycanın tarixini, ədəbiyyatını, mədəniyyətini yorulmadan təbliğ edən tanınmış ictimai xadim Nüsrət Məmmədovdur. Bu, fondun müxtəlif dillərə tərcümə etdirib nəşr etdirdiyi sayca 161-ci kitabdır.

Fond öz ənənələrinə sadiq qalaraq kitabı pulsuz yayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
1
Mənbələr
Şərh ()
Bağla