AZ

Livandan İsrailə dörd mərmi atılıb

İsrail ordusu Livandan yeni raket atışı qeydə alıb.

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölkənin şimalındakı Xar Dov dağı istiqamətində dörd mərmi atılıb.

İsrailin hava hücumundan müdafiə qüvvələri 3 mərmini uğurla dəf edib, biri isə açıq əraziyə düşüb. Ölən və yaralananlar barədə məlumat verilmir. Mətbuat xidmətinin məlumatına görə, cavab olaraq İsrail ordusu atəşə tutulan mənbələrə zərbələr endirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla