AZ

Şəhidin arzularını övladları yerinə yetirəcək

44 günlük haqq savaşımızda qeyrətli Azərbaycan oğulları qanlar bahasına qəhrəmanlıq salnaməsi yazaraq xalqımıza şanlı Qələbə yaşatdılar. İndi onların hər biri cismən aramızda olmasalar da ,Vətən səmasının əbədi parlaq günəşinə çevrilib ürəklərdə yaşayırlar. 1981-ci ildə Astara şəhərində dünyaya göz açan Nurlan Rəhimov da bu, müqəddəslər arasında durur. O, İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, 30 sentyabr 2020-ci ildə Xocavənd rayonunun Üçtəpə adlanan ərazisində şəhidlik zirvəsinə ucalıb. Şəhid Nurlanın yarımçıq arzularını cücərdəcək iki övladı - Əlövsət, Səidə bizlərə əmanət qalıb.

Bəli, Vətən torpaqların hər qarşı uğrunda qan tökən qəhrəmanlara, eləcə onların doğmalarına hörmət, ehtiram göstərməyə borcluyuq. Elə bu saf amala tapınmaqla şəhid Nurlanın oğlu Astara şəhər 1 saylı məktəbin 6-cı sinif şagirdi Əlövsət Rəhimlinin doğum günü oxuduğu təhsil ocağında təntənəli şəkildə keçirilib. Məktəbin direktoru Xədicə Əliyeva başda olmaqla bütün kollektiv, Əlövsətin sinif yoldaşları onu səhər sürpriz hədiyyələrlə qarşılayıb, təbrik ediblər.

Həmçinin Xədicə müəllim bildirdi ki, Əlövsət atası kimi vətənpərvər böyüyür. Bu istedadlı, mehriban oğlanı bütün məktəb sevir. Vətənin müqəddəsliyini indidən yaxşı başa düşür. Doğma Azərbaycana sevgisi dərindir. Ona gələcəkdə layiqli övlad olmaq üçün dərslərini “əla” qiymətlə oxuyur. Əlövsətin parlaq, uğurlu gələcəyi vardır.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla