AZ

Ralf Ranqnik “Bayern”i çalışdırmayacağını bəyan etdi

Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik “Bayern”i çalışdırmaq üçün cari vəzifəsini tərk etməyəcəyini bildirib.

Arena.az Avstiya Futbol İttifaqına (ÖFB) istinadən, alman mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Avstriya yığmasını bütün qəlbimlə dəstəkləyirəm. Mən bu çağırışdan zövq alıram və seçdiyimiz yolu uğurla davam etdirmək əzmindəyəm. Vurğulamaq istərdim ki, bu, “Bayern”ə imtina deyil, komandamın və ümumi məqsədlərimizin xeyrinə qərardır. Bütün diqqətimizi qarşıdan gələn Avropa çempionatına yönəltmişik. Biz yarış cədvəlində mümkün qədər irəli getmək üçün əlimizdən gələni edəcəyik”, deyə Ranqnik vurğulayıb.

Xatırladaq ki, 65 yaşlı Ralf Ranqnik 2022-ci ilin yayından Avstriya yığmasını çalışdırır. Alman mütəxəssisin rəhbərliyi altında Avstriya yığması 2024-cü ilin yayında Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Daha əvvəl bildirilirdi ki, “Bayern” Ranqniki komandanın baş məşqçisi təyin etməyə hazırdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla