AZ

Rusiyada TikTokun fəaliyyəti yenidən məhdudlaşdırıldı

TikTok Rusiyada istifadəçilər üçün məhdudlaşdırılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Bildirilir ki, proqrama daxil olmaq istədikdə müvafiq bildiriş görünür:

"Bölgənizdə bəzi TikTok funksiyalarını məhdudlaşdırdıq. Siz müvəqqəti olaraq videolar yerləşdirə və ya canlı yayıma çıxa bilməyəcəksiniz. Bu funksiyalar yenidən əlçatan olduqda sizə xəbər verəcəyik".

Qeyd edək ki, 2022-ci ilin martında TikTok sosial şəbəkəsi Rusiyada fəaliyyətini dayandırmışdı. Buna səbəb Rusiya Silahlı Qüvvələrində saxtakarlıq haqqında qanunun qüvvəyə minməsi və onun pozulmasına görə cinayət məsuliyyətinin nəzərdə tutulması olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Seçilən
60
1
Mənbələr
Şərh ()
Bağla