AZ

Rusiya səfiri yeni anti-Rusiya sanksiyalarını qeyri-qanuni hiylələr adlandırıb

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi yeni sanksiyaları şərh edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomatik missiyanın Telegram kanalı məlumat yayıb.

“Bu, ABŞ-ın son günlər həyata keçirdiyi çoxsaylı rusofob hərəkətlərinin davam etdirilməsinin nümunəsidir. Bunlara Kiyevə çoxmilyardlıq yardım “paketi”, marionetlərə təhlükəli uzaqmənzilli sursatların tədarükü, rejimə bəzi müvəqqəti təhlükəsizlik zəmanətləri vədləri daxildir”, – Antonov bildirib.

Diplomatın sözlərinə görə, ABŞ bu cür “qanunsuz hiylələrlə” başqa ölkələrlə əməkdaşlığa ziyan vurur.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
84
Mənbələr
Şərh ()
Bağla