AZ

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını dayandırıb

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - nazirliyin açıqlamasında bildirilib.

Qeyd olunub ki, mövcud qadağa İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
176
2
Mənbələr
Şərh ()
Bağla