AZ

Premyer Liqa: “Çelsi”dən “Tottenhem”ə ağır zərbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 26-cı turundan təxirə salınmış bir oyun keçirilib.

Arena.az xəbər verir ki, günün yeganə qarşılaşması Londonun iki təmsilçisi – “Çelsi” və “Tottenhem” komandaları arasında baş tutub.

Paytaxt derbisi “zadəganlar” üçün uğurlu alınıb. Əslində uğursuz mövsüm keçirən “Çelsi” əzəli rəqibi ilə görüşdən inamlı qələbə ilə ayrılmağı bacarıb.

Bu nəticədən sonra “Tottenhem” 60 xalla 5-ci pillədə qərarlaşıb. Sözügedən komanda ardıcıl üç oyundur məğlubiyyətlə üzləşir.

“Çelsi” isə 51 xalla 8-ci pilləyə yüksəlib.

Premyer Liqaya 80 xala malik “Arsenal” liderlik etsə də, bir oyun az keçirmiş son çempion – “Mançester Siti” 79 xalla potensial lider statusundadır.

İngiltərə, Premyer Liqa
26-cı turun oyunu
2 may

Çelsi – Tottenhem 2:0
Qollar: Trevo Çaloba, 24. Nikolas Cekson, 72.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
123
Mənbələr
Şərh ()
Bağla