AZ

Türkiyə İsraillə ticarət əlaqəsini kəsdi

Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat verib.

Məlumata görə, qadağa İsrailin Qəzzaya fasiləsiz humanitar yardım çatdırılmasına icazə verənə qədər qüvvədə olacaq.

Türkiyə Statistika Qurumunun məlumatına görə, 2023-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 6,8 milyard dollar təşkil edib ki, bunun da 76%-i Türkiyənin ixracı olub.


Telegram kanalımız
Seçilən
199
2
Mənbələr
Şərh ()
Bağla