AZ

Zeynep Bastık sənətçi yoldaşını “ifşa etdi”: Arvadı ilə ayrılmasına səbəb olan qızla fotosunu paylaşdı - FOTO

Məşhur türkiyəli aktrisa Ceyda Düvencinin özü kimi aktyor olan əri Bülent Şakrak “Maviye sürgün” serialında tanış olduğu Esra Akpınarla yaxınlaşıb.

İddialara görə, Bülent Şakrak və Ceyda Düvenci məhz bu səbəbdən boşanma qərarı alıblar və səkkiz illik evliliklərini bitiriblər. Cütlüyün bir oğulları var.

Cütlüyün boşanmasından sonra irəli sürülən iddialardan biri də Bülent Şakrak və Esra Akpınar münasibəti olub ki, bu iddianın da doğru olduğu ortaya çıxıb.

Belə ki, Bülent Şakrak və Esra Akpınar cütlüyünün sevgisi ilə bağlı ilk kadr yayılıb. Məşhur cütlüyün səmimi və mehriban fotosunu isə məşhur müğənni Zeynep Bastık öz “Instagram” hesabında paylaşıb.

Qeyd edək ki, daha əvvəl Bülent Şakrak Ceyda Düvenci ilə ayrılmalarına Esranın səbəb olduğuna dair suala qarışıq cavab vermişdi.

“Dostlar, bizi bilənlər bilir, bilməyənlər də özləri bilər”, - deyə o bildirmişdi.

Mənbə: Haber Global

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
2
Mənbələr
Şərh ()
Bağla