AZ

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Karla

Bakı, 3 may, AZƏRTAC

Fransanın keçmiş birinci xanımı Karla Bruni sabiq prezident Nikola Sarkozinin prezident seçkisi kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı növbəti dəfə dindirilib.

AZƏRTAC Fransa KİV-ə istinadla xəbər verir ki, modelyer bu dəfə şübhəli şəxs qismində dindirilib. Halbuki o, indiyədək prosesə yalnız şahid kimi cəlb edilmişdi. Müstəntiqlər hələ ki, Karla Bruni-Sarkozi barədə heç bir qərar qəbul etməyiblər. Onun vəkilləri də məsələ ilə bağlı mətbuata hər hansı bir açıqlama verməkdən imtina edirlər.

Qeyd edək ki, 2007-2012-ci ildə Fransa prezidenti olmuş Nikola Sarkozinin seçki kampaniyasını Liviyanın mərhum rəhbəri Qəddafinin maliyyələşdirdiyi iddia edilir. Mandatı başa çatdıqdan sonra Sarkoziyə qarşı cinayət işi açılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
173
2
Mənbələr
Şərh ()
Bağla