AZ

Səfirdən qeyri-diplomatik duruş: “Ayaq divanı” paylaşımı müzakirələrə səbəb oldu

Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçının “X” sosial şəbəkəsindəki paylaşımı birmənalı qarşılanmayıb.AFN.az xəbər verir ki, səfir “X” hesabında türkiyəli iş adamları ilə çəkilmiş fotosunu paylaşıb.Düşünə bilərsiniz ki, burada nə var. Maraqlı olan budur ki, səfirin duruşu və fotoya yazdığı qeyd diplomatik nümayəndəyə yaraşmayacaq tərzdədir. Belə ki, səfir 3 iş adamının önündə dayanaraq şkafa yaslanıb. Fotodan onun sağ əlində “qabadayı”lara məxsus bir tərzdə təsbeh olduğu və iş adamlarının “əl-pəncə” dayandığı da aydın görülür. Şübhəsiz, səfirin belə sərbəst formada dayanmasında ayıblanacaq bir şey yoxdur, lakin fotonu sosial mediada paylaşdığı andan etibarən bu duruşun verdiyi mesaj sual doğurur.Türkiyə siyasi tarixindən xəbərdar olanlar biləcəklər ki, dönəmin baş naziri Bülənt Ecevitin 1999-cu ildə ABŞ-yə səfəri zamanı prezident Bill Klintonla görüşünə Ağ Ev sahibinin divana yaslandığı, Ecevitin isə müti bir hal aldığı foto damğasını vurmuşdu. Sözügedən foto Türkiyədə hələ də müzakirə edilməkdəykən Bağçının eyni “pozisiya”lı duruşu ilə nəyi demək istədiyi aydın deyil.Bundan başqa, paylaşıma yazdığı “İş adamlarımızla gündəmimizdəki məsələlərlə bağlı “ayaq divanı” etdik” qeydi də diqqət çəkir. Səfir “ayaqüstü müzakirə apardıq” tipli bir cümlə də yaza bilərdi, lakin o, “ayaq divanı” yazmağa üstünlük verib. Türk Dil Qurumunun onlayn sözlüyündə “ayaq divanı”nın mənası bu şəkildə verilməkdədir: “Fövqəladə vəziyyətlərdə o anda olduqları yerdə padşahın iştirakı ilə bir məsələni müzakirə etmək və yekun qərar vermək üçün təşkil olunan toplantı”.Göründüyü kimi, səfirin “duruş”u və qeydində “məkanın sahibi” ədası mövcuddur. Lakin səfiri bu paylaşımı etməyə, belə şəkil çəkdirməyə və “ayaq divanı” yazdırmağa vadar edən şey nədir? Bu, açıq sual olaraq qalsa da, qeyd etməliyik ki, Cahid Bağçı ölkəmizə səfir təyin edildikdən sonra sələflərinin diqqət mərkəzinə aldıqları bir sıra ənənələrə əməl etməyərək qeyri-diplomatik görüntülərlə yadda qalıb. Onun bu davranışlarının hər iki ölkənin iş adamları və diplomatik korpuslarında narazılqla qarşılandığı da qeyd edilməlidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla