AZ

"Sem-Az" şirkəti bağlandı

"Sem-Az" Laboratoriya Cihazları şirkəti ləğv olunur.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkət özü elan edib.

Qeyd edilib ki, kreditorlar iki ay ərzində tələblərini AZ1004 Bakı şəhəri şəhəri, Səbail rayonu rayonu, Massiv 1 küçəsi, ev 2, mənzil 11 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Sem-Az" Laboratoriya Cihazları şirkəti 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Bu, iş adamının "Sem-Az" adlı holdinqinin daxilindədir. Şirkətlərin qanuni təmsilçisi Məmmədov Anar Fikrət oğludur.

"Sem-Az" şirkəti 2009 –cu ildə may ayının 15-də yaradılıb. Fiziki-kimyəvi laboratoriyaların ən müasir avadanlıqlarla, reaktiv, reagentlər ilə təchiz olunması, servis xidməti və işçi kadrlarının hazırlanması üzrə ixtisaslaşıb. Şirkət öz sahəsində lider olan “Agilent Technologies”, “Merck Millipore SAS”, “MEMMERT GmbH+Co KG.”, “Alfa Laval”, “Beckman Life Science”, “OHAUS”, “Gerhard”, “Glassco”,  “Jasem”,  “Millistone”, “A.KRÜSS”, “IDEXX” və bir sıra digər şirkətlərin Azərbaycanda rəsmi təmsilçisidir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla