AZ

Gürcüstan satınalma praktikasında yanaşmasını dəyişir - Kaxa Demetraşvili

Tbilisi. Trend:

Gürcüstan satınalma praktikasında yanaşmasını dəyişir.

Trend xəbərverir ki, bu barədə Gürcüstanın Dövlət Satınalmaları Agentliyininsədr müavini Kaxa Demetraşvili Tbilisidə AİB-in illik toplantılarıçərçivəsində keçirilən "Dayanıqlı satınalmalar - AİB-in iqlimdəyişmələrinin nəticələrinin yüngülləşdirilməsi və onlaraadaptasiya üzrə hədəflərinin əldə olunmasına töhfə" mövzusundapanel müzakirəsində çıxışında deyib.

"Biz bu yola altı il əvvəl başladıq. Bunu konsepsiya fəlsəfəsiadlandırdıq. Bu, mahiyyətcə eyni fəlsəfi konsepsiyadır. Bu, yenibir fəlsəfədir. Güman edirəm ki, çoxunuz dövlət satınalmaları və yasatınalmalar üzrə, ən azı maliyyə üzrə peşəkarlarsınız. Bu səbəbdənfəlsəfəmizi dəyişirik. Yanaşmamızı dəyişirik. Dövlət siyasətindəanlayışları dəyişirik, hətta deyərdim ki, bu, təkcə satınalmapraktikasında baş vermir", - o deyib.

"Bizdən məhsul alan sifarişçilərimiz mütləq satınalmameyarlarını tətbiq etməlidir. Bu, unikal tarixçədir. Hazırdanövbəti addımları atırıq: bu məhsulların siyahısınıgenişləndiririk, sonra isə sifarişçilərin siyahısını genişləndirməkvə vəsait həddini azaltmaq üçün xidmətlərə keçid edirik. Beləliklə,bu, unikal gürcü strategiyasıdır", - deyə Demetraşvili əlavəedib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
Mənbələr
Şərh ()
Bağla