AZ

İrfan Can Kahveci mövsümün sonunda ayrılacaq?

Bu mövsüm yeni səviyyəyə yüksələn və “Fənərbaxça”nın liderlərindən birinə çevrilən İrfan Can Kahveci ilə bağlı transfer şayiələri yayılıb. Ona xüsusilə “Sevilya”nın ciddi maraq göstərdiyi iddia edilir.

Transfer dəyəri təxminən 9-10 milyon avro civarında olan İrfanın “Fənər”lə müqaviləsinin müddəti 2025-in yayına qədərdi. 28 yaşlı futbolçu cari mövsüm 45 rəsmi oyunda 18 qol, 12 məhsuldar ötürməlik performans sərgiləyib və karyerasının ən yaxşı dönəmini keçirir.

Bu arada İrfanı ilk klubu “Gənclərbirliyi”ndə kəşf edən məşqçilərdən olan Mustafa Kaplan Türkiyə mətbuatına açıqlamalar verib. O, sabiq yetirməsinin yayda “Fənər”i tərk edəcəyini istisna etməyib:

“Biz Türkiyə futboluna önəmli isimlər qazandırmışıq. Onlardan biri də İrfandı. Bu mövsüm “Fənərbaxça”nı az qala çiynində daşıyır. Böyük ehtimalla mövsümün sonunda klublar arasında anlaşma baş tutsa, xaricə yollanacaq. Çox güman, İspaniyaya transfer olunacaq. “Sevilya” onu diqqətlə izləyir. Amma İtaliyadan da təkliflər alıb. İrfana bir dəfə “Türkiyədə Aleksdən sonra ən güclü solaxay futbolçu sənsən” demişdim. Mən “Fənərbaxça”nın yerində olsam, təklifin miqdarına baxmaram və onu heyətdə saxlamağa çalışaram. İrfanla sonuncu görüşümüzdə ona “sənin yerində olsam, “Fənərbaxça”da qalıb əfsanəyə çevrilərəm və karyeramı burda bitirərəm” dedim. O da “xeyirlisi nədisə, elə də olsun” dedi”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
Mənbələr
Şərh ()
Bağla