AZ

Aİ Azərbaycanın etibarlı tərəfdaşıdır - Peter Mixalko

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) uzun illərdir ki, Azərbaycanın etibarlıtərəfdaşıdır və bu cür qalmağa davam edir.

Trend xəbərverir ki, bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəriPeter Mixalko Bakıda keçirilən "Avropa Komandasının Mina ƏleyhinəTəşəbbüsü" mövzusunda tədbirdə deyib.

"Aİ uzun illərdir ki, Azərbaycanın etibarlı tərəfdaşıdır və bucür qalmağa davam etməklə mühüm əməkdaşlıq sahələrində dəstəkgöstərir", - deyə o bildirib.

Onun sözlərinə görə, Azərbaycan xalqı Ermənistanla müharibəninlap əvvəlindən minalardan əziyyət çəkir. Aİ münaqişənin ilkgünlərindən səhiyyə, yaşayış və təhlükəsizlik sahələrində yardımgöstərib və artıq bu yaxında minatəmizləmə işlərinə qoşulub.

"Bu gün minatəmizləmə Azərbaycan üçün son dərəcə mühüm prioritetolaraq qalır", - deyə o əlavə edib.

Qeyd edək ki, aprel ayında Azərbaycanın işğaldan azad edilmişərazilərində 141 tank əleyhinə və 191 piyada əleyhinə mina, eləcədə 2502 partlamamış hərbi sursat aşkar edilərəkzərərsizləşdirilib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
1
Mənbələr
Şərh ()
Bağla