AZ

AİB dayanıqlı satınalmalar sahəsində əməkdaşlıq üzrə fəaliyyət planının hazırlanmasına dair Azərbaycanla danışıqlar aparır - Ceff Teylor

Tbilisi. Trend:

AİB dayanıqlı satınalmalar sahəsində əməkdaşlıq üzrə fəaliyyətplanının hazırlanmasına dair Azərbaycanla danışıqlar aparır.

Trend xəbərverir ki, bu barədə AİB-in baş direktor müavini, satınalmalar,portfel və maliyyə idarəetməsi departamentinin satınalmalar üzrəbaş mütəxəssisi Ceff Teylor Tbilisidə AİB-in illik toplantılarınınkuluarlarında jurnalistlərə deyib.

"Azərbaycan hökuməti ilə məsləhətləşmələr aparırıq. Sonra isəbunun əsasında saziş və fəaliyyət planı tərtib edəcəyik. AİBAzərbaycanda bu sahədə diaqnostika aparıb. Dayanıqlı satınalmalarinkişaf etməkdə olan praktikadır. Nümunə olaraq Hindistanı qeyd edəbilərəm.

Hindistan ekoloji cəhətdən təmiz məhsullar üçün yaşıl peşəkarsertifikasiyanı işə saldı. Bir sıra bənzər təşəbbüslər mövcuddur vəbiz onları opportunist yanaşma ilə gözdən keçiririk, onları görənzaman dəstəkləyəcəyik. Azərbaycanı dəstəkləməkdən çox məmnunolarıq. Əminəm ki, orada əlavə dəstəyə və diqqətə layiq təşəbbüslərhəyata keçirilir", - o deyib.

Qeyd edək ki, 2-5 may tarixləri ərzində keçirilən 57-ci illiktoplantının mövzusu "Gələcəyə Körpü"dür.

İdarəedicilər Şurasının ilk iclası mayın 4-də baş tutacaq.Bununla illik toplantının rəsmi başlanğıcının açılışı olacaq. Bu,ev sahibi ölkədən fəxri qonaqların iştirak etdiyi tədbirdir. AİBprezidenti Masatsuqu Asakava və Gürcüstanın maliyyə naziri, eləcədə, AİB Rəhbərlər Şurasının sədri Laşa Xutişvili bəyanatlarla çıxışedəcəklər.

İllik toplantı AİB-in İdarəedicilərinə Asiya-Sakit Okeanregionunun üzləşdiyi inkişaf məsələləri və çağırışları nəzərdənkeçirmək imkanı verir. Görüşdə mütəmadi olaraq bir neçə miniştirakçı, o cümlədən, maliyyə nazirləri, mərkəzi banklarınrəhbərləri, yüksək vəzifəli dövlət rəsmiləri, özəl sektorunnümayəndələri, beynəlxalq və vətəndaş cəmiyyəti təşkilatlarınınnümayəndələri, gənclər, elm və media nümayəndələri iştirakedir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
Mənbələr
Şərh ()
Bağla