AZ

Kreml Makronun açıqlamasına münasibət bildirib

Kreml Emmanuel Makronun Fransa qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.

APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Makronun Fransa qoşunlarının Ukraynaya mümkün göndərilməsi ilə bağlı açıqlamalarını çox vacib və təhlükəli adlandırıb.

“Bəyanat çox vacibdir və çox təhlükəlidir. Fransa dövlət başçısının simasında Ukrayna ətrafında münaqişədə birbaşa iştirakın mümkünlüyü barədə danışmağa davam edir. Bu, çox təhlükəli tendensiyadır”,- deyə o, jurnalistlərlə açıqlamasında bildirilib.

Kremlin sözçüsü Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Kiyevin Rusiyaya zərbələr endirmək üçün Britaniya silahlarından istifadə etmək hüququ ilə bağlı bəyanatlarını isə birbaşa eskalasiya kimi qiymətləndirib.

"Bu, Ukrayna münaqişəsi ətrafında birbaşa gərginliyin artmasıdır və bu, potensial olaraq Avropa təhlükəsizliyinə, bütün Avropa təhlükəsizlik arxitekturasına təhlükə yarada bilər", - deyə Rusiya liderinin mətbuat katibi vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
4
Mənbələr
Şərh ()
Bağla