AZ

Jurnalistin ölkədən çıxışına qadağa qoyulub

O, hava limanından geri qaytarılıb

Jurnalist Nigar Mübarizin ölkədən çıxışına qadağa qoyulub. 

O, mayın 3-də səhər saatlarında Amerikaya gedərkən hava limanından buraxılmayıb. Sərhəd xidmətinin əməkdaşları onun çıxışına məhdudiyyət qoyulduğunu bildirərək, geri qaytarıblar.

Nigar Mübariz bildirib ki, təhsillə əlaqədar ABŞ-a getməliydi.

Son 6 ay ərzində Azərbaycanda jurnalistlər və vətəndaş cəmiyyəti nümayəndələri həbs olunmaqla yanaşı, xeyli ictimai fəalın, media nümayəndəsinin ölkədən çıxışına qadağa qoyulub. Onların arasında gənc fəallar Elgiz Qəhrəman, Murad Rüstəmbəyli, Sosial Hüquqlar Mərkəzinin əməkdaşları Ayşən Muradova, Qədir Qədirli və başqalarının adları var.

Ölkədən buraxılmayan fəalların əksəriyyətinə ölkədən çıxışlarına Daxili İşlər Nazirliyinin qərarı ilə məhdudiyyət qoyulduğu bildirilib.

Milli Məclisin fəaliyyətini araşdıran "Meclis.info” saytının rəhbəri İmran Əliyev də aprelin 18-də Türkiyəyə gedərkən hava limanında saxlanmış, aeroportdan Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarına təhvil verilmişdi. 

Daha sonra İmran Əliyev "AbzasMedia” nəşrilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınıb və aprelin 19-da Xətai Rayon Məhkəməsində onun haqqında həbs qərarı çıxarılmışdı.

2023-cü ilin noyabrından bu yana media və vətəndaş cəmiyyətinə qarşı cinayət işləri çərçivəsində 20-yə yaxın jurnalist və vətəndaş cəmiyyəti fəalı həbs olunub. Onların arasında korrupsiya araşdırmalarıyla tanınan "AbzasMedia” saytının rəhbəri Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), jurnalistlər Hafiz Babalı, Elnarə Qasımova, Nərgiz Absalamova, "Toplum TV” internet televiziyasının təsisçisi, media hüququ üzrə ekspert Ələsgər Məmmədli, kanalın video redaktoru Müşfiq Cabbar, "Kanal 13” internet televiziyasının rəhbəri Əziz Orucov və kanalın əməkdaşı Şamo Eminov, seçkilərin müşahidəsi və analizi ilə məşğul olan Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, "Meclis.info” saytının rəhbəri İmran Əliyev, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov, III Respublika Platformasının Qurucu Heyət üzvü Ruslan İzzətli və başqaları var.

Adları çəkilən jurnalist və ictimai fəallar ayrı-ayrı cinayət işləri üzrə təqsirləndirilsələr də, hamısına qarşı maliyyə qaçaqmalçılığı ittihamı irəli sürülüb. Onlar xaricdən Azərbaycana qanunsuz yolla pul gətirməkdə ittiham olunurlar.

Lakin jurnalist və fəalların heç biri özlərini təqsirli bilmir, barələrindəki cinayət işlərinin saxta olduğunu, korrupsiya araşdırmalarına, hökuməti tənqid etdiklərinə görə cəzalandırıldıqlarını deyirlər.(Meydan TV)

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8081
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5245
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5048
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4795
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4572
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3757
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3075
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2780
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2762
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2712
Sabah 20 dərəcə isti olacaq
2659
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2286
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2244
Röyanın biabırçı videosu yayıldı
2172
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2093
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1832
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1708
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611