AZ

ABŞ strateji hərbi aviasiyasını moderinləşdirir

Amerikanın hərbi-sənaye konserni “Northrop Grumman” ABŞ Müdafiə Nazirliyindən “B-2” strateji bombardmançılarının modernləşdirilməsi və texniki xidmət göstərilməsi üçün 7 milyard dollarlıq müqavilə alıb.

«AzPolitika” xəbər verir ki, bu barədə Pentaqonun yaydığı yazılı bəyanatında deyilir.

Müqavilə “B-2”-nin modernləşdirilməsi ilə yanaşı, maddi və texniki dəstək, o cümlədən mühəndis dəstəyi, proqram təminatı və köməkçi avadanlıqlara texniki xidmət göstərməyi nəzərdə tutur. Təkmişşləşdirmə işləri Kaliforniya, Missuri, Ohayo, Oklahoma və Yuta ştatlarında bazalarda aparılacaq və 3 may 2029-cu ilə qədər tamamlanmalıdır.

Daha əvvəl “Northrop Grumman” strateji bombardmançı “B-21 Raider”-lərin kiçik miqyaslı istehsalına başlayıb. İlkin mərhələdə ABŞ Hərbi Hava Qüvvələri ən azı 100 ədəd “B-21” bombardmançısından ibarət donanma qurmağı planlaşdırır, onlardan birincisinin 2025-ci ilin ortalarında istifadəyə verilməsi gözlənilir. Həmçinin 2030-cu illərdə köhnəlmiş “B-1B Lancer” və “B-2 Spirit”ləri əvəz edəcəyi güman edilir. Bundan əlavə, Hərbi Hava Qüvvələrinin planlarına əsasən, “B-21 Raider” ilə birlikdə ABŞ-ın strateji bombardmançı aviasiyasının təkmilləşdirilmiş donanması 76 modernləşdirilmiş “B-52J Stratofortress” təyyarəsi ilə tamamlanacaq.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla