AZ

GALLUP açıqladı: Ermənilərin 75%-dən çoxu azərbaycanlılarla birgə yaşamaq İSTƏMİR

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Ermənistanda “Gallup International” sorğusunun iştirakçılarının 75,7%-i beynəlxalq strukturların sülh və təhlükəsizliyə təminat verəcəyi təqdirdə azərbaycanlılarla birgə yaşamağa “qətiyyən hazır olmadığını” bildirib.

 Tribunainfo.az  minval.infoya istinadla xəbər verir ki, bu barədə GALLUP Beynəlxalq Assosiasiyasının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib.

Onun sözlərinə görə, respondentlərin 9,6%-i böyük ehtimalla azərbaycanlılarla birgə yaşamağa hazırdır, 6,2%-i mütləq hazırdır, 6,1%-i kifayət qədər hazır deyil, 2,4%-i isə bu suala cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, eyni sorğu bizim ölkəmizdə də keçirilsə, aşağı-yuxarı eyni cavablar alına bilər və bu təbiidir. Çünki iki ölkənin arasında uzun müddətdir davam edən münaqişə var və sülh müqaviləsinin imzalanması ləngiyir.

Seçilən
2
1
Mənbələr
Şərh ()
Bağla