AZ

Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir - Rəşad Novruzov

Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar, internetdə və mətbuatda yayımlanan bəzi video və filmlər, televiziya verilişləri yeniyetmələrin düşüncəsinə, dünyagörüşünə mənfi təsir edir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) müşaviri Rəşad Novruzov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda Forum çərçivəsində "Sosial məsələlərin, həmçinin məişət zorakılığı və erkən nikah kimi həssas mövzuların mediada düzgen işıqlandırılması" adlı panel sessiyada çıxışında deyib.

O qeyd edib ki, belə hallar yeniyetmələri təhsildən yayındırmaqla yanaşı, onları başqa zərərli sahələrə meylli edir, bir çox hallarda aqressiv davranmalarına və nəticə etibarilə qanunazidd hərəkətlərə yol vermələrinə səbəb olur.

Müşavir bildirib ki, aidiyyəti qurumlar tərəfindən bu sahədə davamlı olaraq müvafiq işin aparılmasına, geniş marifləndirmə tədbirlərinin təşkil edilməsinə baxmayaraq, erkən nikahlarla bağlı vəziyyət ürəkaçan deyil.

"Belə ki, rəsmi statistikaya əsasən, 2021-ci ildə nikaha daxil olmuş 18 yaşadək qızların sayı 137 nəfər olduğu halda, 2022-ci ildə bu göstərici 270 nəfər təşkil edib. Eyni zamanda, 15-17 yaş qruplarında olan analar tərəfindən diri doğulmuş uşaqların sayı 2021-ci ildə 1650 nəfər idisə, bu göstərici 2022-ci ildə 2011 nəfər olub. Bu isə əvvəlki illə müqayisədə 25 faiz artım deməkdir. Bu dinamikaya təsir edən əsas amillər kimi ailədə övladlara verilən tərbiyə, təhsil müəssisələrində təlim-tərbiyə prosesinin təşkilində mövcud olan boşluqlar və sair çıxış etsə də, sosial şəbəkələrin, internet resurslarının və medianın buradakı rolu da danılmazdır", - deyə o əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
5
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Rəisi ilə birgə helikopterdə olan imam qəzada sağ qalıbmış...
23406
ABŞ qəza ilə bağlı kəşfiyyat məlumatlarını açıqladı
12890
Rəisinin cənazəsi hadisə yerindən belə çıxarıldı - VİDEO
11535
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlandı - FOTO/VİDEO
9528
İddia: Rəisini aparan helikopterin QƏZA ANI - VİDEO
5774
Qəza yerindən Rəisinin üzüyü TAPILIB - VİDEO
5582
Rəsinin nəşinin tapılmasının VİDEOSU YAYILIB
5482
Qəza yerində şok detal: naməlum adam... - Video
4825
Rəisi öldü, Pakistanda matəm elan edildi
4026
Helikopter qəzası ilə bağlı yeni xəbər
3687
Rəisinin helikopterinin hərəkəti və qəzası - Video
3671
Ərdoğan: Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi tarixi fürsətdir
3604
Nadir Qafarzadə Azərbaycanı birdəfəlik tərk edir
3401
“PİLOT MOSSAD AGENTİ OLUB” – Qəza yerindən sürətlə uzaqlaşan naməlum şəxs görüntülənib (VİDEO)
3296
Bakıda kişi arvadına görə sevgilisini öldürdü - SEVGİ DRAMI
3014
Vəfat edən xanımından danışan aparıcı Yusif AĞLADI: “Kasıb və evsiz günlərimiz olub” – VİDEO 
2797
Masallıda yaşlı kişi həmkəndlisi tərəfindən öldürüldü
2725
Şəmkirin mərkəzi və bir neçə kəndində qaz təchizatında fasilə olacaq
2602
Rəisinin helikopterinin qəzaya uğramasından sonra İran ABŞ-dan kömək istəyib - Dövlət Departamenti
2502
Bakıda və bölgələrdə 46 kiloqram narkotik vasitə, 3 ədəd odlu silah aşkarlanıb
2263