AZ

Qapı tamamilə bağlandı -Ərdoğan

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə İsrail arasında ticarət dövriyyəsinin 9,5 milyard dollar təşkil etdiyini, lakin ölkənin “bu qapını tamamilə bağladığını” deyib.

“İki sahil” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bundan əvvəl Türkiyənin Ticarət Nazirliyi İsrail dövləti ilə ticarəti dayandırdığını açıqlamışdı.

Qeyd olunub ki, dövlət səviyyəsində həyata keçirilən tədbirlərin ikinci mərhələsinin icrasına başlanılıb. O cümlədən, İsraillə bağlı ixrac-idxal əməliyyatları dayandırılıb.

“İsrail hökuməti Qəzzaya fasiləsiz və kifayət qədər humanitar yardım axınına icazə verənə qədər Türkiyə bu tədbirləri ciddi və qətiyyətlə həyata keçirəcək”, - deyə ölkənin Ticarət Nazirliyinin açıqlamasında bildirilir.

Seçilən
45
Mənbələr
Şərh ()
Bağla