AZ

Ərdoğanla ana müxalifətin qapalı görüşü- Qərbə qarşı birgə hərəkət müzakirə olundu...

Image

Fərəc Quliyev: “Türk ac qalar, susuz qalar, dövlətsiz qalmaz və dövlətini də heç kimə qurban verməz”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəli Ədalət və İnkişaf Partiyasının (AK Parti) Baş Qərargahında qəbul edib.

Bildirilir ki, 1 saat 35 dəqiqə davam edən təkbətək görüş mətbuata qapalı keçirilib.

Özəli AKP-nin qərarganında partiyanın sədr müavini Mustafa Elitaş qarşılayıb.

Qəbulda CHP-nin İstanbul üzrə millət vəkili və TBMM Xarici Əlaqələr Komissiyasının üzvü Namık Tan da iştirak edib.

Bu görüşdən nə gözləmək olar? Qərbə qarşı birgə mübarizə üçün razılaşma səylərindən söhbət gedə bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Türkiyədə hər zaman, Kürd İşçi Partiyasını (HDP-red.) çıxmaq şərti ilə bütün qüvvələr lazımi anlarda  ortaq davrana bilirlər. Milli maraqlar olan yerdə bütün partiyalar  maraqları kənara qoyub, formasını özləri tapıb müəyyənləşdirərək Türkiyənin maraqlarına uyğun davranış nümayiş etdirirlər. Mən hətta düşünürdüm ki, CHP - nin bundan əvvəlki rəhbəri Kılıçdaroğlu da cənab Ərdoğanla görüş içərisindədir. Ancaq mən bunu mediada ifadə etmirdim. Bir zamanlar söhbət gəzirdi, hətta açıq şəkildə Amerikadan Türkiyədə müxalifətin gücləndirilməsi ilə bağlı bəyanat da gəldi. O zaman bütün hallarda düşünürdüm ki, Türkiyədə alt yapıda, dərin dövlətdə müzakirələr gedib. Kimə bu donu geyindirə bilərlər məsələsi müzakirəsi olunanda rollar bölüşdürüldü, inanılmayan adamların əllərinə keçməsin deyə, müəyyən qədər bu məsələlərdə CHP irəli çıxdı. Mən hesab edirəm ki, kürdlərin səslərini toplamaq, yaxud onları fərqli radikal addımlar atmaqdan çəkimdirmək üçün müəyyən addımlar atdılar. Hər halda, bütün bunlar mənim fərziyələrimdir. Bu gün gedişata baxanda görünür ki, bir müddət əvvəl Dövlət Bahçəli ilə Ərdoğanın münasibətləri necə idi. Ancaq təhlükələr ortaya çıxandan sonra tamam fərqli davranışlar ortaya qoyuldu. Seçkilərdə insanlar hansı partiyanın üzvü olmasında yox, hansı platforma ortaya qoyulursa, ona münasibətdə səs verirlər. Bu gün də CHP rəhbərliyi ilə cənab Ərdoğanın görüşündə mən qəribə heç nə görmürəm. Gözlənilən bir haldır və bu gün siyasətdə ciddi, qlobal katakilizmlər gedir. Dərin qatlarda daşlar oynayıb. Sabah nələr olacağını praqnozlaşdırmaq çox çətindir. Türkiyə dünyanın ən həssas yerindədir. Hər an burda praqnozlaşdırılmayan hadisələr baş verə bilər. Ona görə də, Türkiyə özünün balans siyasətini yürütmək, dəngələri saxlamaq üçün mütləq daxili sabitliyə nail olmalıdır. CHP də böyük bir təşkilatdır. Hesab edirəm ki, bütün bunlar mütləq şəkildə müzakirə olunub. Türkiyə dövləti olaraq, bu birliyə söykənərək bütün bu çətinlikləri normal şəkildə keçmək mümkün olacaq. Bundan əvvəl də, indi və sonra da müxalif kimi görünən bütün qüvvələrlə hakimiyyətdə olanlar mütləq dövlət marağını nəzərə alaraq davranacaqlar. Çünki Türkiyədə dövlət məsələsi min illərin ortaya qoyduğu nəsnəsidir. Türk ac qalar, susuz qalar, dövlətsiz qalmaz və dövlətini də heç kimə qurban verməz”.

Məhəmmədəli QƏRİBLİ





Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla