- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunda keçiriləcək “Qarabağ” – “Neftçi” matçının biletləri iticket.az-da satışa çıxarılıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 3, 7 və 15 manat təşkil edir.
Biletlər bu gün iticket.az-da onlayn, həmçinin oyun günü “Azərsun Arena”nın kassasında da satışda olacaq.
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçı sabah – mayın 4-də “Azərsun Arena”da keçiriləcək. Azərbaycan derbisinə saat 19:30-da start veriləcək.
Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.