AZ

Paranoidal simptomları nədir?



Son illərdə tibb elminin inkişaf etməsi ilə bir sıra problemlər, tibbi və psixoloji amillər meydana gəlib. Bunlardan biri də paranoidal simptomlarıdır.

Bəs görəsən paranoidal simptomlarının əlamətləri nələrdir?

Newscenter.az-ın xəbərinə görə, psixoloq Ülviyyə Murtuzova deyib ki, paranoidal simptomlarına əsasən təqib edilmə iddiası və Allahlıq iddiası aiddir.

"Əslində təqib edilmə iddiası ətrafındakıların qərəzli olmağından şübhələnməkdir. Buna görə də paranoiklər onların özlərini və danışıqlarını “izləyənləri” axdarmağa çox vaxt sərf edirlər. Onların düşmənləri tək adam və ya bir neçə adam olur. Hətta çox rast gəlinən qısqanclıq bu iddia ilə bağlıdır. Həyat yoldaşını sədaqətsizlikdə günahlandırma halları paranoidal qorxuların yaranmasına səbəb olur. Özlərini ixtiraçı və ya xilaskar kimi bildirirlər".

Ülviyyə Murtuzova deyib ki, paranoidal şəxs Allahlıq iddiası özlərində xüsusi talant və qabiliyyətlərin yaranmasını iddia edərək yaranır:

"Belə tip paranoiklər onlara dünyanı qurtarmaq, qlobal problemləri həll etmək üçün xüsusi missiyanın verildiyini, seçilmiş olmalarını deyirlər. İnsan özünün vurulmuş olduğunu hiss etdikdə və əks cinsin nümayəndəsin məftun etmək istədikdə hərdən paranoiddə erotomaniya yaranır".

Anar Əliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla