AZ

"Kişi həyat yoldaşını diri-diri dəfn edib, 12 saat torpağın altında olan qadın sağ qalıb..."

"Kimsəni köməyə çağırmağa imkan verməmək, ona hücum etmək, əl-qolunu bağlamaq və diri-diri basdırmaq dəhşətli cinayətdir..."
 
ABŞ-ın Vaşinqton ştatından olan bir kişi öz həyat yoldaşını ruhi xəstəliklərə dəhşətli hücumda və posttravmatik stres pozuntusu zamanı "dərmanların artıq dozasında və yetərli olmayan müalicədə" günahlandıraraq onu diri-diri dəfn edib. Hakim onu 13 ildən artıq həbs cəzasına məhkum edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "The New York Post" nəşri yazıb.
 
2022-ci ildə 54 yaşlı Ça Kyonq An öz həyat yoldaşını döyüb, ona bıçaqla xəsarət yetirib, sonra aman vermək yalvarışlarına rəğmən "skotçla" əl-qolunu bağlayıb.
 
Yanq An meşəyə aparılmasından və Çanın onu dayaz qəbirə qoyub üstünə torpaq tökməsindən öncə özünün "Apple Watch" saatının köməyilə 911 xilasetmə xidmətinə zəng etməyə macal tapıb.
 
İşin dinləmələri zamanı o, deyib ki, ərinə dayanmasını və öz övladları barədə düşünməsini yalvarıb. O, deyib ki, çalada 12 saat qalıb, sonra var gücü ilə oradan çıxmağa müvəffəq olub. "Mənə heç nə lazım deyil. Mən bu gün səni öldürəcəyəm", - o, ərinin sözlərini xatırlayıb.
 
Yanq deyib ki, o öz övladları ilə hələ də qorxu içində yaşayır. "O gündən sonra mənim və övladlarımın həyatı darmadağın olub. Mən ömrümün sonunadək emosional travma ilə və sağlamlıqla bağlı problemlərlə yaşamalı olacağam", - o, deyib.
 
O və ittiham tərəfi hakimdən Kyonq Ana ən ağır cəza verilməsini xahiş edib, buna müdafiə tərəfi təqsirin boynuna alma etirafından sonra razılaşıb. Martın əvvəlində o, ikinci dərəcəli qətldə sui-qəsddə özünü təqsirli hesab edib.
 
Onun vəkili də dinləmələr zamanı məhkəmə zalında çıxış edib, müdafiə etdiyinin ruhi xəstəliklərlə və posttravmatik stres pozuntularla mübarizəsindən danışıb. 
 
Onun sözlərinə görə, bunlar müştərisinin hücum etdiyi gün onun hərəkətlərinə təsir göstərib. Vəkilin sözlərinə görə, hücum məqamında Ça evsiz, dostları və ailəsindən təcrid olunmuş halda olub, həmçinin "dərmanları götür-qoy edib və lazımi müalicə almayıb. O, əlavə edib ki, müştərisi "təəssüf edir və hər gün vicdan əzabı çəkərək" yaşayır.
 
Ça məhkəmə zalına müraciətlə deyib: "Mən geriyə dönmək və o evə, həmin gün heç vaxt daxil olmamaq və oradan getmək istəməzdim".
 
Dairəsinin hakimi Ça Kyonq Ana demək olar ki, maksimum hökm çıxarıb və Yanq Anla təmasları qadağan edib. 
 
"Özünüzü təqsirli bildiyiniz cinayət dəhşətli olub, - hakim deyib. - Kimsəni köməyə çağırmağa imkan verməmək, ona hücum etmək, əl-qolunu bağlamaq və diri-diri basdırmaq...Öz etirafınızla Siz buna görə məsuliyyət daşıdığınızı etiraf etmisiniz".
 
Hakim zərərşəkənə deyib ki, hökmün ona bundan sonra həyatını davam etməyə imkan verəcəyinə ümid edir.
 
"Əminəm ki, 12 saat ərzində sizin fiziki iztirablarınızı, qorxu və ağrınızı, həyatınızı itirə biləcəyinizi və daha heç bir zaman öz övladlarınızı görə bilməyəcəyinizi düşündüyünüzü sözlərlə ifadə etmək mümkün deyil", - hakim deyib.
 
"Siz cəsur və qoşaqsınız. Mən ümid edirəm ki, bugünkü dinləmələr həyatınızın bu səhifəsinin sonu olacaq və özünüz və övladlarınız üçün emosional və ruhi müalicənizə köklənməyə imkan verəcək", - o, vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
Mənbələr
Şərh ()
Bağla