AZ

Eşşək yolda gedən qadını dişlədi

Türkiyədə eşşək yoldan keçən Eşme D.-ni bədəninin müxtəlif yerlərindən dişləyib.

News24.az xəbər verir ki, əraziyə polis və tibb işçiləri sövq edilib. Təcili yardım briqadaları yaralı qadını xəstəxanaya çatdırıblar. Eşme D. müalicəsinin ardından evə buraxılıb.

Hadisədən sonra ətrafdakılar eşşəyi ağaca bağlayıblar. 

Qeyd edək ki, eşşək polislər tərəfindən qoruma altına alınıb. Kayseri Heyvanları Qoruma Dərnəyi səlahiyyətliləri, heç bir təsir olmadığı halda eşşəklərin hücum etmədiyini və heyvanın sağlamlıq probleminin olmadığını bildirib.

Günel Məlikazdə

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
Mənbələr
Şərh ()
Bağla