AZ

Dünyanın mərkəzi bankları ümumi qızıl ehtiyatlarını mart ayında 15 tondan çox artırıblar

Dünyanın

Bakı, 4 may, AZƏRTAC

“World Gold Council”ın (WGC) ilkin dəyərləndirməsinə görə, dünyanın mərkəzi bankları mart ayında ümumi qızıl ehtiyatlarını 15,7 ton artırıblar. Dünya üzrə mərkəzi banklar tərəfindən, ümumilikdə, 40,4 ton alış, 24,7 ton satış qeydə alınıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ən iri satıcı Özbəkistan olub – 10,9 ton. Tailand öz ehtiyatlarını 9,6 ton azaldıb. Lakin bu, qızıl haqq-hesabının başqa formatına keçidlə bağlıdır. Əsas satıcılar arasında İordaniya da (3,7 ton) yer alıb.

Ən iri alıcılar Türkiyə (14,1 ton), Hindistan (5,1 ton), Çin (5 ton), Qazaxıstan, Sinqapur (hərəyə 4,5 ton) və Rusiya (3,1 ton) olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
191
5
Mənbələr
Şərh ()
Bağla