AZ

Fironların lənəti... - Onların məzarını açan alimlərin ölüm səbəbi nədir?

Fironların

Fironların ölüm səbəbi və onların sərdabələrindəki "Firon lənəti"-nin sirri açılır.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın "Moskovskeye Komsomolets" nəşri yazıb. Alimlərin ehtimalına görə, fironların ölümünə uran radiasiyası səbəb ola bilər.

Alimlər misirlilərin urandan çox istifadə etməsi faktını əsas gətirərək bu sirli, həm də mistik "Firon lənəti"-nin proseslərə böyük təsir göstərdiyini iddia edirlər.

Xatırladaq ki, tədqiqatçı alim, arxeoloji ekspedisiyanın rəhbəri Hovard Karter 1922-ci ildə Misirə səfəri zamanı Misir fironu Tutanhamonun məzarını açanda o, nəinki möhtəşəm bir xəzinə kəşf etmişdi, həmçinin qazıntı zamanı fironun mifik lənətindən qorxduğunu etiraf etmişdi.

Son araşdırmalar göstərir ki, bu vahiməli qorxu heç də əsassız deyil. Alimlərin məzarlarda yüksək miqdarda radiasiya, xüsusilə uran olduğunu, eyni zamanda bunun onları açanlar üçün də ölümcül nəticələrə səbəb ola biləcəyini deyirlər.


Firon Tutanhamon

Qədim Misirin daş mətnlərinə görə, bəzi qəbirlərin divarlarında “heç bir həkimin diaqnoz qoya bilməyəcəyi xəstəlik”-lə bağlı yazılar həkk olunub. Tədqiqatçıların fikrincə, bu, əvvəlcə həmin lənətin bir hissəsi kimi qəbul edilsə də, indi elm, fironların ölüm səbəblərində radiasiyadan zəhərlənmələrə istinad edirlər.

Amerikanın elmi nəşri “Journal of Scientific Exploration” jurnalında dərc olunan araşdırmalar göstərir ki, qədim misirlilər həmişə qəbir quldurlarına qarşı müdafiə məqsədilə bu radioaktiv maddədən, yəni urandan qəsdən istifadə ediblər. Əslində belə bir tutarlı fərziyyə Gizada və Saqqara kimi nekropollarda radiasiya səviyyəsinin təbii fondan əhəmiyyətli dərəcədə yüksək olduğu aşkar edilən kəşflərlə alternativsiz dəlil olaraq dəstəklənir. Elm adamlarının Misir ərazisində, yəni fironların dəfn olunduğu yerlərdə böyük təhlükə mənbəyi sayılan uranın parçalanma məhsulu olan radon qazının yüksək konsentrasiyalarda aşkar etdikdə bir daha bu ehtimalı təsdiqləyiblər.

Həddindən yuxarı hesab olunan radiasiya mənbələri arasında xarici aləm ilə müqayisədə son dərəcədə yüksək, həm də ölümcül radiasiyanı ehtiva edən daş sandıqlar aşkar edilib ki, bu da radioaktiv materialların qəsdən içəri yerləşdirildiyini göstərir.

Bu müasir kəşflər həm də müasir Misirdə hematopoetik xərçənglərin yayılmasını izahına kömək edir. Bu fakt qazıntılar aparılan həmin arxeoloji ərazilərin yaxınlığında yaşayan populyasiyaların itkiyə məruz qalmadan uzunmüddətli uran radiasiyasına məruz qalmasının inkaredilməz sübutudur.

Son tədqiqatlar nəticə olaraq milyonlarla il ərzində məzmunu qorumaq məqsədi ilə hazırlanmış, nəinki qədim, hətta müasir Misirdə "Əbədiyyət evləri" adlandırılan məkanlara, XXI əsrdə dünya elminin araşdırdığı və şərhə ehtiyac duyduğu mastabalara - erkən Misir məzarlıqlarına, firon sərdabələrinə xüsusi diqqət yetirir. Qədim Misir mətnlərində bu mastabalar fironların axirət həyatı üçün əhəmiyyət kəsb edən, həmçinin lazım olan əşyaların qoyulduğu müqəddəs və təcrid olunmuş yerlər kimi təsvir edilir.



İndiyə qədər 20 nəfərin ölümünə səbəb olan uran tərkibli “Fironun lənəti”-nin bu gün sirrinin açıldığını və baş verən bütün faciələrin səbəbinin məhz güclü radiasiya olduğu ehtimalını, fərziyyələrini ilk dəfə irəli sürən alim, qədim Misirdə fironların hakimiyyəti dövrlərini araşdıran arxeoloq tədqiqatçı Ross Fellouz olub. Fellouz 1922-ci ildə Misirdə Firon Tutanhamonun məzarını aşkarladığına görə 20-dən çox insanın müəmmalarla dolu qəfil ölümünə səbəb olduğu güman edilən mifə çevrilən “Fironun lənəti”-nin səbəbini tam açdığını iddia edirdi, lakin onun fikirlərini alimlər qəbul etmək istəmirdi. Ancaq belə bir çətin işdə Fellouza qələbə qazandıran rəsmi istintaqın hesabatı olub.

Sənəddə deyildiyinə görə, aparılan istintaq ölüm işləri ilə bağlı araşdırmaları bitirib və müəyyən olunub ki, ölüm səbəblərinin mənbəyi radiasiya zəhərlənməsidir.

Qədim daş mətndə yazıldığı kimi, "Heç bir həkimin dəqiq diaqnoz qoya bilməyəcəyi xəstəlikdən" törəyən sirli ölüm təhdidinə baxmayaraq tədqiqatçı Ross Fellouz bildirirdi ki, fironun sərdabəsi yerləşən yeri ziyarət edib və ölümlərin arxasında bioloji səbəb görüb.

Əldə edilən sənədlərdən aydın olur ki, istintaq da alimin fikrini təsdiqləyib. İstintaqın araşdırması zamanı müəyyən edilib ki, baş verən bütün ölümlərin səbəbitəkdir: möhürlənmiş anbarlarda qəsdən yerləşdirilmiş uran, zəhərli tullantılardan ibarət təbii elementlərdən əmələ gələn radiasiya zəhərlənməsi.

Öldürücü maddələrə məruz qalmaq bəzi xərçəng xəstəliyi növlərinə də səbəb ola bilər. Buna misal kimi alimin başına gələnləri göstərmək olar. Bu dəhşətli hadisənin üstündən artıq yüz ildən də çoxvaxt keçib, lakin elm aləmi indiyə qədər "Lənətli Firon" Tutanhamonun məzarına girmiş ilk arxeoloq Hovard Karterin acı taleyini və qəfil onun həyatına son qoyan xərçəng xəstəliyinin mistik mesajını unutmur.

Alimlər bu fikirdədir ki, irəli sürülən sadəcə, cəfəng ehtimal deyil, çox ciddi məntiqə söykənmiş nəzəriyyədir. Həmin nəzəriyyə müasir dövrdə effektiv şəkildə sübut edir ki, qəbrin həqiqətən də “lənətlənmiş” olduğunu - qəsdən də olsa, bioloji yolla - bəzi mistikaya qapılan qədim misirşünasların iddia etdiyi kimi, fövqəltəbii şəkildə deyil.

Hovard Karter 1939-cu ildə bədəninin immun sisteminə hücum edən, həmçinin ağır xərçənglə birləşən "Hodgkin lenfoması" xəstəliyi ilə uzun sürən mübarizədən sonra təkləndi və həmin xəstəliklər nəticəsində əsəbləri pozulduğundan infarktdan vəfat etdi. Lakin həkimlər səhhətində problemlər yaranmış Karterin orqanizmini çökdürən əsas xəstəliyin məhz xərçənglə nəticələnən başlıca amillə, yəni radiasiya zəhərlənməsi ilə əlaqələndirirdilər.

Fironun məzarının başqa bir kəşfiyyatçısı - Lord Karnarvon da Tutanhamonun əbədi iqamətgahını ziyarət edəndən beş ay sonra qan zəhərlənməsindən ölmüşdü.

Yeri gəlmişkən, bu məzarın açılışından az sonra elektrik enerjisində qısamüddətli fasilə yaranıb, bütün Qahirədə işıqlar sönüb. Karnarvonun oğlu isə bildirirdi ki, onun sevimli iti ulayıb və sağlam heyvan qəfildən ölüb.



Bu qazıntılarda könüllü iştirak edən, arxeoloqlara yardım göstərən digər insanlar da Tutanhamonun "qəzəbinə" düçar olublar. Orada iştirak edən hər kəs (hamısı 50 yaşında olub) asfiksiya və ya insult, eləcə də şəkərli diabet, həmçinin ağır formalı psixi pozuntu, ürək çatışmazlığı, pnevmoniya, radiasiya zəhərlənməsi, malyariya, rentgen şüaları xəstəliklərindən ölüb.

Britaniyalı məhşur misirşüna Artur Veyqall da öz dövründə fəxri qonaq kimi Tutanhamonun məzarının açılışında iştirak edib və buradakı çıxışında çox sərt danışaraq bəzilərini “Fironun lənəti”ni mifə çevirib ifrat dərəcədə çox qızışdırmaqda ittiham edib. Amma alim Veyqall da xilas ola bilməyib: o, Misir səfərindən dönəndən sonra - 54 yaşında xərçəng xəstəliyindən vəfat edib.

Misirdəki digər məzarlarda tapılan qədim yazılar onu deməyə əsas verir ki, yerlilər, tək elmli yox, sadə insanlar da qəbirlərin tərkibindəki radioaktiv elementlərdən və zəhərli maddələrdən xəbərdar olublar. Bu fikri təsdiq edən “Scientific Exploration” jurnalında dərc olunmuş geniş araşdırma müəllifləri tutarlı dəlillərə, inkaredilməz elmi sübutlara istinad edərək yazırdılar ki, "Köhnə Krallığın" qədim məzarlarının xarabalıqlarında, Gizadakı iki yerdə, həm də Saqqaradakı bir neçə yeraltı məzarda dəfələrlə yüksək səviyyəli şüalanmaların işartısı üzə çıxıb və indiyədək sözügedən ərazilərdə bir neçə dəfə radiasiya qeydə alınıb. Eyni vəziyyət Gizadakı Osirisin məzarında da aşkar edilib.

Ross Fellouz xüsusi olaraq qeyd edib ki, "güclü radioaktivlik iki daş sandıqla əlaqəli idi". Çox sonralar isə bu fikri daha bir alim də dəstəkləyib. Misirşünas-professor Robert Templ bu mövzu ilə bağlı deyilənlərlə tamamilə razılaşaraq söyləyib ki, qədim fironların sərdabələrindəki sandıqların bazaltdan hazırlandığına qətiyyən şübhə yoxdur və bunun da səbəbi var, çünki misirlilər çox böyük elmlərə sahib olublar, onların arasında dəqiq araşdırma aparanlar həmin maddənin "Nöqtəli şüalanma mənbəyi olduğunu" yaxşı biliblər.

Beləliklə, yenidən bu tədqiqatlarla bağlı işə başlayan elm adamları, arxeoloqlar və digər tədqiqatçılar Saqqaradakı müxtəlif məzarlıqlarda radon səviyyəsini ölçüblər. Məlum olub ki, eyni fiziki proseslər bu gün də davam edir.

Elmdən məlum olduğu kimi, radon qazı uranın ara parçalanma məhsuludur və yarımparçalanma müddəti 3,8 gündür.

Onu da qeyd edək ki, radonun ekoloji konsentrasiyası Saqqara xarabalıqlarında altı yerdə tapılıb: Cənub türbəsi, Dcoser piramidasının sərvətləri arasında, eləcə də Serapeum türbəsinin tunellərində.



1960-cı illərdə arxeoloqların qazıntıları zamanı pilləli piramidanın altında tapılan minlərlə qabda 200 tona qədər naməlum maddə tapılıb ki, bu fakt böyük təəccüb doğurub. Tapıntılar bir daha sübuta yetirir ki, toksinlərin mumiyalanmış firon cəsədləri ilə birlikdə basdırıldığı heç də təsadüfi deyil və həqiqətən də qədim misirlilər bunu bilərəkdən ediblər.

Ross Fellouz yazırdı:

“Mən bir daha əmin oldum ki, bu, bir elmdir. Məzar xarabalıqlarında güclü radiasiya (məsələn, radon qazı) haqqında məlumatlar ana qayadan aydın və təbii fonla geniş şəkildə izah olunur. Bununla belə, səviyyələr yenə qeyri-adi dərəcədə yüksəkdir və lokallaşdırılmışdır ki, bunun özü belə tamamilə əhəngdaşı süxurununxüsusiyyətlərinə uyğun gəlmir, lakin çox güman, başqa bir qeyri-təbii mənbənin mövcudluğundan xəbər verir".

1922-ci il, noyabrın 4-də Karterin qrupuTutanhamonun sirli məzarına aparan pilləkənləri tapıb və bir neçə ay ərzində ancaq ön kameranın kataloqu ilə məşğul olublar. Komanda dəfn kamerasını nəhayət ki, açıb. Növbəti ilin fevral ayında isə fironun sarkofaqı aşkarlanıb. Türbə tarixdə indiyədək aşkar edilmiş, müxtəlif qiymətli əşyalarla dolu ən dəbdəbəli, ən varlı məzarlardan biri hesab olunur. Firon Tutanhamonun qəbir mallarından ibarət dəfinəsində 5000 əşya, həmçinin bərk qızıl dəfn ayaqqabıları, heykəllər, oyuncaqlar və eləcə də qəribə heyvan fiqurları olub. Tutanhamonun dəfn otağının kiçik olması onun Misir tarixindəki mövqeyini nəzərə alaraq illərdir ki, mütəxəssisləri çaşdırıb.

Xəzinənin məzarını təmizləmək, qaydaya salmaq üçün Karterə və komandasına 10 il lazım olub. Onlar tələsmədən öz işlərini görüb, tarixi bir yenilik ediblər.

Bu gün daha çox inkişaf edən, daha müasirləşən elmin uğurları sayəsində indi əksəriyyət bilir ki, fironların nəslinə mənsub olan bir çox hökmdarlar və müxtəlif məqsədlərlə Misir fironlarının sərdabələrinə girənlərin ölüm səbəbi "Fironun lənəti" yox, sadəcə, uran mənşəli radiasiya, eləcə də radonun yüksək səviyyədə olmasıdır.

Oqtay QORÇU
Reyting.az

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
190
14
Mənbələr
Şərh ()
Bağla