AZ

İranın xarici işlər naziri Qambiyaya səfər edib

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci sammitində iştirak etmək üçün Qambiyanın paytaxtı Bancula səfər edib.

"Operativ Media" xəbər verir ki, o, sammit çərçivəsində İslam ölkələrinin bir çox rəsmiləri ilə də görüşlər keçirəcək.

İslam Əməkdaşlıq Təşkilatının sammitinin əsas mövzusu “Dayanıqlı İnkişaf naminə Dialoq vasitəsilə birlik və həmrəyliyin təşviq edilməsi”dir.

Müsəlman dünyasındakı müxtəlif məsələlər və problemlər, xüsusilə Fələstin məsələsi və Qəzza zolağındakı status-kvo müzakirə olunacaq.

Fələstinlə bağlı qərar layihəsi, Banjul bəyannaməsi layihəsi və sammitin yekun sənədinin layihəsi də daxil olmaqla üç sənəd əvvəlcə Xarici İşlər Nazirləri Şurasının iclasına, sonra isə sammitə təqdim olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla