AZ

Norveç səyyahları Xudafərində (FOTO)

Cəbray. Trend:

Norveçin dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəridavam edir.

Trend xəbər verir ki, Norveçin beynəlxalq səyahətçilərdən ibarət“Vagaclub”unun 30 nəfərlik geniş heyəti bu gün Xudafərin körpüsüilə yaxından tanış olublar.

Səyyahlar orada işğal müddətində Ermənistan ordusunun törətdiyidağıntılara şahidlik ediblər.

Bildirilib ki, ümumdünya əhəmiyyətli tarixi hadisələrləbağlılığına, gözəl landşaftla üzvi birliyinə, yüksəkmemarlıq-mühəndis həlli və digər xüsusiyyətlərinə görə Xudafərinkörpüləri Azərbaycan memarlığının universal dəyərli abidələridir.Tarixən İpək yolunun üzərində yerləşən körpülərdən biri 15, digəri11 aşırımlıdır. XII-XIII əsrlərin yadigarı olan körpülər ortaəsrlərdə Azərbaycanda yüksək sənətkarlığın inkişafından xəbərverir.

Diqqətə çatdırılıb ki, digər ərazilər kimi bu yerlər dədağıntılara məruz qalıb, işğal illərində evlər talan, təbiət isəməhv edilib. Burada da bir çox tarixi dini abidələr ermənilərtərəfindən təhqirə məruz qalıb, məscidlər heyvan tövləsi kimiistifadə olunub, qəbirlər qazılaraq dağıdılıb.

Vurğulanıb ki, işğaldan azad edildikdən sonra Şərqi Zəngəzurdahəyat canlanmağa başlayıb və ölkəmiz tərəfindən mühüm layihələricra edilir.

Qeyd edək ki, qrupa “Vagaclub”un rəhbəri, 35 yaşlı norveçli gəncdünya səyyahı Jorn Augestad başçılıq edir. Bu dəfə heyətdə gənclərüstünlük təşkil edir, onların, demək olar ki, hamısı 150-dən çoxölkədə səfərdə olub.

Xatırladaq ki, dünyanın əsas beynəlxalq səyahətçilərşəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən, buklubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin GəzginlərKlubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100”heyətlərinin ötən 4 ildə 9 dəfə Qarabağ və Şərqi Zəngəzurasəfərləri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə,4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünya şöhrətli“Vagaclub”unun səfəri bu qəbildən olan sayca 10-cu səfərdir.Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalqsəyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaqimkanı qazanıb. Onlar vasitəsilə dünyada milyonlarla insanQarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.

Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç
Norveç

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
Mənbələr
Şərh ()
Bağla