AZ

Messidən “İnter Mayami“yə fantastik qazanc - Klub funksioneri yeni büdcəni açıqladı

"İnter Mayami"nin baş meneceri Xavyer Asensi argentinalı hücumçu Lionel Messinin gəlişi ilə klubun büdcəsində dəyişikliklərdən danışıb.

 EFE klub funksionerinin dediklərini belə çatdırıb:

“Leo bizi növbəti səviyyəyə aparır. Tərəfdaşlıq üçün müraciətlərin sayı və səviyyəsi də artır. Durumumuzdan çox razıyıq, komanda və görülən işlərlə fəxr edirik. Qalan tək şey inkişaf etməkdir.

Messinin gəlişi ilə büdcəsi 60 milyon olan komandanın hazırki dəyəri 125-130 milyondur. Bu il dövriyyəmizin 200 milyon və ya daha çox olacağını gözləyirəm. Nəzərə alsaq ki, müvəqqəti stadionda oynayırıq, bu, böyük məbləğdir”.

Qeyd edək ki, Messi ötən yaydan ABŞ-nin MLS liqasında çıxış edir. 


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla