AZ

Ronaldo və Messinin penalti rekordları

Çempionlar Liqasında penaltidən ən çox qol vuran futbolçular açıqlanıb.

İdman.biz xəbər verir ki, İFFHS-in cədvəlinə Kriştiano Ronaldo başçılıq edir.

Portuqaliyalı Avropanın ən nüfuzlu klub turnirində 19 belə qola imza atmaqla rekord müəllifidir. O, 22 imkandan üçünü qaçırıb.

Lionel Messi daha çox penalti vuran oyunçu kimi rekorda sahibdir. Argentinalı 23 imkan əldə etsə də, Ronaldodan az – 18 dəfə qola sevinib.

İlk "üçlüy"ü Robert Levandovski qapayır. Polşalı 17 penaltinin 16-dan yararlanıb.

Serxio Aquero 11 qolla cədvəldə 4-cü olsa da, siyahıda ən çox penalti qaçıran futbolçudur. Argentinalı 6 imkanı boşa verib.

Qeyd edək ki, cədvələ ən azı 7 qolu penaltidən vuran 11 futbolçu daxil edilib.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla