AZ

“İctimai proseslər media müstəvisində” mövzusunda forum

Mayın 3-də Bakıda Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda forum keçirilib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirdə açılış nitqi ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyev bir qayda olaraq cəmiyyətdə baş verən hadisələr haqqında əsas informasiya qaynaqlarından biri kimi medianın rolunu daim yüksək qiymətləndirib və onun ictimai nəzarət funksiyasına böyük önəm verdiyini həmişə vurğulayıb. Medianın ictimai maraqlardan irəli gələn obyektiv və qərəzsiz məlumat hazırlamaq funksiyasını layiqincə yerinə yetirməsi üçün ölkəmizdə həm ictimai-siyasi, həm də hüquqi zəmində hər cür şərait yaradılıb.

“Ölkəmizdə son 5 il ərzində inqilabi sosial islahat paketləri həyata keçirilib. Minimum əməkhaqqı 2,7 dəfə artırılıb. Eyni zamanda, əmək müqaviləsinin leqallaşdırılması üzrə işlər görülüb. Məhz bu səbəbdən leqal əmək müqaviləsinin sayı 40 faiz artıb. Özəl sektorlarda isə bu göstərici 90 faizdir”, – deyən Əmək və əhalinin sosial müdafiəsi naziri S.Babayev vurğulayıb ki, bu gün əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar, sosial dəstək proqramları, bu sahələrdə innovativ yeniliklər və digərləri ilə bağlı ictimaiyyətin mütəmadi məlumatlandırılmasında media mühüm rol oynayır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova isə bildirib ki, ailə sirlərinin, çətin həyat şəraitində yaşayan uşaqların hekayələrinin, şəxsi məlumatların yayımlanması qanunvericiliyin və etik prinsiplərin tələblərinin pozulmasına, bu da öz növbəsində yanlış düşüncələrin, davranış pozuntularının yaranmasına, şəxsi həyata qanunsuz müdaxilənin, hüquq pozuntularının norma kimi təbliğinə yol açır.

Forum işini panel sessiyalarla davam etdirib. 

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla