AZ

Murat Dikmen hakimlərə “söz atıb”: “Gördüklərinə fit çalmalıdırlar”

“Komandam çox pis oyun nümayiş etdirdi. Bunun müqabilində də məğlub olduq”.

İdman.biz xəbər verir ki, bunu “Xəzri”nin baş məşqçisi Murat Dikmən deyib.

Mütəxəssis ABL-nın pley-off mərhələsinin ikinci oyununda “Sərhədçi”yə 64:71 hesablı məğlubiyyətin səbəbini açıqlayıb. O bildirib ki, hücumda atış faizinin aşağı olması onların işini çətinləşdirib: “Müdafiədə də istədiyimiz kimi çıxış edə bilmədik. Müdafiə ribaundlarını götürməkdə də çətinlik çəkdik. Ona görə də məğlubiyyət haqqımız idi. Önümüzdə bazar günü bu seriyanın son görüşü var. Artıq istədiyimiz nəticəni əldə edib önümüzə baxacağıq. Buna görə bütün konsentrasiyamızı nümayiş etdirib pley-off mərhələsində yarımfinala qalmağa çalışacağıq. Üçüncü periodda yaxşı köklənə bilmədik və hətta rəqib fərqi 17 xala qədər çıxardı. Son periodda fərqi bir ara 4 xala qədər endirməyi bacardıq. Hətta Amilin kritik anda 3 xallıq atışı dəqiq olsa da, vaxt bitdiyi üçün haqlı olaraq qeydə alınmadı. Daha sonra əlavə bir reaksiya göstərsək də, ancaq qalibiyyət üçün yetərli olmadı”.

Dikmen sərbəst atışlarda rəqibin dəqiqliyinin qələbənin açarı olduğunu deyib: “Bu matçda rəqibimiz 22 sərbəst atışdan 16 xal toplamağı bacardı. Mənim komandam isə 7 sərbəst atışdan 5 xal yığa bildi. “Sabah” ilə matçda da eyni ssenari yaşandı və məğlub olduq. Düşünürəm ki, foullarda inanılmaz dərəcədə ədalətsizlik var. Ümid edirəm ki, hakimlər bundan sonra daha çox diqqət edərlər. Pley-off matçlarıdır. Burada verdiyi qərarlar oyunun taleyinə təsir etməməlidir. Sadəcə, gördüklərinə fit çalmalıdırlar. Bu sözlərimlə də kimlərisə, xüsusilə də hakimləri şübhə altın almaq istəmirəm. Düşünürəm ki, daha da diqqətli olmalıdırlar. Ümid edirəm ki, bazar günü yaxşı reaksiya göstərərək istədiyimiz performansla qalib gələrik”.

Qeyd edək ki, tərəflər arasında üçüncü görüş mayın 5-də keçiriləcək.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
Mənbələr
Şərh ()
Bağla

Reytinq