Bu ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana 33 min ABŞ dolları dəyərində fındıq və fındıq məhsulları ixrac olunub.

İndex.az Türkiyə İxracatçılar Məclisinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 33,8 % azdır.

Həmçinin cari ilin aprelində Türkiyədən ölkəmizə gətirilən fındıq və fındıq məhsullarının dəyəri 2 min ABŞ dolları olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 91,7 % azalma deməkdir.