AZ

Əhaliyə XƏBƏRDARLIQ!

Kibertəhlükələrin daim inkişaf etdiyi zamanda məlumatların təhlükəsizliyi mühüm əhəmiyyət kəsb edir. Zərərli proqramlar mürəkkəbləşdikcə onların davranış monitorinqi çətinləşir və tətqiqat üçün çox vaxt sərf edilir. Son illərdə təhdidlərin sürətli aşkarlanması üçün qabaqcıl üsullardan istifadə edilir. Bu üsullardan biri sandbox sistemlərinin tətbiqidir. Sandbox sistemi – zərərli faylların və proqram təminatlarının qısa zamanda tədqiqini və qiymətləndirilməsini aparmaq üçün nəzərdə tutulmuş çox faydalı bir alətdir.

News24.az xəbər verir ki, quruma özəl sandbox sistemlərinin təchiz edilərək qurulması vəsait tələb etdiyindən bir çox istifadəçilər bu kimi həllərin bulud versiyalarından, bir çox hallarda isə ödənişsiz versiyalarından istifadə edirlər. Fərdi istifadəçilərin şübhəli hesab etdikləri faylların zərərli olub-olmadığını təyin etmək məqsədilə onları internet vasitəsilə sözügedən sistemlərə göndərməsi və nəticə əldə etməsi üçün yaradılmış belə ödənişsiz sandbox sistemləri, göndərilən faylların məxfiliyini və ya konfidensiallığını qorumur. Belə ki, fərdi istifadəçilər üçün nəzərdə tutulmuş bucür ödənişsiz platformalar sistemə yüklənən istənilən faylı öz saytlarında yoxlanılmış fayl kimi qeyd etməklə dərc edir.

Bundan xəbərsiz olan, lakin daxil olmuş faylların təhlükəsizliyini yoxlamamaq üçün belə ödənişsiz xidmətlərdən istifadə edən bir çox müəssisə və bankların əməkdaşları konfidensial və fərdi məlumatları bilmədən ifşa etmiş olurlar.

Hazırda ölkəmizdə ən çox istifadə olunan ANY.RUN, Virustotal kimi ödənişsiz platformalarda bir sıra bank və müəssisələrə aid çox saylı konfidensial məlumatların - sənədlər, müqavilələr, maliyyə və mülkiyyət faylları, CV-lər, hesabatlar və s. dərc olunduğunun şahidi ola bilərik.

Belə platformaların fərdi qaydada istifadəsi kibergigiyena baxımından yoluxmanın qarşısının alınması məqsədilə çox təqdirəlayiq müsbət hal olsa da bank və müəssisələrin və istifadəçilərin həssas məlumatlarının hər kəsə əlçatan açıq şəkildə paylaşılması böyük risk daşıyır.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tətqiqi Laboratoriyası, müəssəsə və şirkətlərə bulud əsaslı sandbox platformalarından istifadə zamanı konfidensial və fərdi məlumatların mühafizəsini təmin etmək məqsədilə yoxlamaları qapalı analiz imkanlarına malik sistemlərdə aparmağı tövsiyə edir. Bununla yanaşı bilmək lazımdır ki, bu kimi sistemlərə yüklənən fayllar bəzi platformalarda hər kəsə açıq şəkildə paylaşılmasa belə, yüklənmiş fayllar 3-cü şəxslərin informasiya sistemində toplanır. Sözügedən sistemdə baş verə biləcək hər hansı kiberhücum nəticəsində həssas məlumatlar sızdırıla və ya hakerlərin əlinə keçə bilər. Bunu nəzərə alaraq, belə xidmətlərdən istifadə edərkən yüklənəcək fayllardan həssas məlumatları silmək və ya gizlətmək üçün məlumatların redaksiyasını və anonimləşdirilməsini təmin etmək vacibdir. Bununla yanaşı müəssisə daxilində əməkdaşların məlumatların qorunması, məxfilik və informasiya təhlükəsizliyi baxımından məlumatlılığının artırılması məqsədilə mütəmadi olaraq əlavə maarifləndirici tədbirlərin həyata keçirilməsi müəssisə daxili kibergigiyenanın yüksəldilməsi baxımından əhəmiyyətlidir.

Məlumat üçün qeyd edək ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərvericilərin Tətqiqi Laboratoriyası hazırda yeni həll olan milli sandbox sisteminin hazırlanması üzərində çalışmalarını davam etdirir.


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
29
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8091
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5245
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5049
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
4799
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4572
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3757
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3076
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
2780
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2762
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2712
Sabah 20 dərəcə isti olacaq
2660
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2286
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2244
Röyanın biabırçı videosu yayıldı
2176
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2095
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2067
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
1833
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1708
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1673
Zaur görün nə qədər maaş alırmış - Özü açıqladı - VİDEO
1611