AZ

Yaponiya və Filippin Çinə qarşı

Yaponiya hökuməti Çinin Hind-Sakit Okean regionunda artan nüfuzu qarşısında Şərqi Asiyada sahil qonşusu Filippinlə əməkdaşlığı gücləndirmək səylərini davam etdirir.

News24.az xəbər verir ki, Filippinin müdafiə naziri Gilberto Teodoro və Yaponiyanın müdafiə naziri Kihara Minoru ABŞ-ın Havay adalarında görüşüb.

Yaponiya Müdafiə Nazirliyinin bəyanatına görə, iki ölkənin müdafiə əlaqələrini müzakirə edən nazirlər “hüququn aliliyinə əsaslanan azad və açıq Hind-Sakit Okean” vizyonu ilə işləmək barədə razılığa gəliblər.

Nazirlər iki ölkənin təhlükəsizlik əlaqələrini gücləndirəcək və birgə hərbi təlimlərin təşkilinə zəmin yaradacaq Qarşılıqlı Giriş Sazişi (RAA) üzrə danışıqları sürətləndirmək qərarına gəliblər.

Görüşdən sonra jurnalistlərə açıqlama verən Kihara, müqavilənin "eyni düşünən ölkələrlə çox səviyyəli bir şəbəkə yaratmağa və qarşısının alınması imkanlarını yaxşılaşdırmağa kömək edəcəyinə" inandığını söyləyib.

BU İLK MÜQAVİLƏ OLACAQ

Tokio və Manila hökumətləri 2023-cü ilin noyabrında RAA danışıqlarına başladıqlarını açıqlayıblar.

Sözügedən razılaşma reallaşarsa, bu, Yaponiyanın Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) ölkəsi ilə imzaladığı ilk RAA olacaq.

Çinin Hind-Sakit Okean bölgəsində artan nüfuzu qarşısında Yaponiya Rəsmi Təhlükəsizlik Yardımı (OSA) vasitəsilə "hemfikir" ölkələrin silahlı qüvvələrinə avadanlıq ötürmək qərarına gəlib. Sahil boyu müşahidə üçün Filippinə avadanlıq dəstəyi verəcəyini açıqlayıb.

Yaponiya OSA çərçivəsində 4 Hind-Sakit okean ölkəsi Banqladeş, Fici, Malayziya və Filippinə xəzinəsindən 13 milyon dollarlıq büdcə ayrıldığını açıqlayıb.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
Mənbələr
Şərh ()
Bağla

Reytinq