AZ

2B11 minaatanlarının yeni partiyası Rusiya Müdafiə Nazirliyinə təhvil verilib

“Rostex” Dövlət Korporasiyası Rusiya Müdafiə Nazirliyinə 120 mm çaplı 2B11 minaatanlarının yeni partiyasını təhvil verib.

“Poliqon” xəbər verir ki, bu barədə “Rostex” Dövlət Korporasiyası məlumat yayıb.

Sadə və funksional dizayna malik olan 2B11 minaatanı bunun sayəsində tez bir zamanda atəş mövqeyinə yerləşdirilə bilər. 2B11 həmçinin təkmilləşdirilmiş hərtərəfli atəş lövhəsi ilə təchiz edilib. Bu, atışın geri təpmə enerjisini effektiv şəkildə udur və dəqiq atışın aparılması üçün minaatanın ilkin vəziyyətini saxlayır. 2B11-in atış məsafəsi 7 kilometrdən çoxdur. O, hədəfləri yüksək dəqiqliklə məhv etmək üçün “Qran” atəşi idarəetmə sistemi ilə birlikdə istifadə oluna bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
105
Mənbələr
Şərh ()
Bağla

Reytinq