AZ

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir.

İnterpress.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: “Hazırda baş verə biləcək ən yaxşı şey atəşkəsin əldə olunması və girovların azad edilməsidir. Biz HƏMAS-dan cavab gözləyirik. “Bəli” deyəcəklərinə ümid edirik”.

A.Blinkenin sözlərinə görə, indi reallıq ondan ibarətdir ki, Qəzza xalqı ilə atəşkəs arasında dayanan yeganə şey HƏMAS-dır: “Yəhudi dövləti üçün təhlükəsizlik təminatları olacağı təqdirdə Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik. Vaşinqton Təl-Əvivin təhlükəsizliyinin təmin edilməsi zərurətinə tam sadiqdir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
9
Mənbələr
Şərh ()
Bağla

Reytinq