AZ

Paşinyanla bağlı qadağa: “Yaxınlaşmaq olmaz”

Ermənistan Baş naziri Nikol Paşinyanın şəxsi təhlükəsizliyi gücləndirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Nikol Paşinyan öz təhlükəsizliyinə ciddi yanaşmağa başlayıb. Məlumata görə, artıq bir neçə gündür polis “Haqtanak” parkında (İrəvan) təhlükəsizlik tədbirləri görür. Məsələ budur ki, Paşinyan mayın 9-da Qələbə günü münasibəti ilə “Haqtanak” parkına gələrək Böyük Vətən müharibəsində həlak olanların xatirəsini yad edəcək. Paşinyan ötən illərdə də “Haqtanak” parkını ziyarət edib. Onun səfəri zamanı bir qayda olaraq vətəndaşların parka girişi yasaqlanır”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla