AZ

Fransada “Veloce 330” süzən sursatının uçuş sınaqları tamamlanıb

Fransanın “EOS Technologie” şirkəti “mini-Şahed 238” adlandırılan “Veloce 330” reaktiv süzən sursatının sınaqlarının növbəti mərhələsini tamamlayıb.

“Poliqon” xəbər verir ki, bu barədə “EOS Technologie” şirkətinin rəsmi saytında məlumat paylaşılıb.

Qeyd edilib ki, Fransanın “Larinae Loitering Munition” layihəsi çərçivəsində hazırlanan “Veloce 330” süzən sursatları aprelin 26-da son uçuş sınaqlarını tamamlayaraq mühüm inkişaf mərhələsinə çatıb.

“400 km/saatdan artıq maksimal sürət, cəmi 16 dəqiqəyə 50 km uçuş məsafəsi (yarı yanacaq çənindən istifadə etməklə) və Fransanın “Mini-Shahed 238”-in aerodinamik konstruksiyası təsdiqlənib”, – deyə məlumatda vurğulanıb.

Şirkət həmçinin bildirib ki, “Veloce 330” tamamilə Fransada layihələndirilib və istehsal olunub. Hazırda sınaqların üçüncü mərhələsindədir.

Fransa silahlı qüvvələri “Larinae Loitering Munition” layihəsi çərçivəsində 50 km məsafədə və 60 dəqiqə uçuş müddətində zirehli və ya qorunan hədəflərlə mübarizə aparmaq üçün uyğunlaşdırılmış süzən pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

“Veloce 330”, 2022-ci ilin may ayında Fransa Silahlandırma Baş İdarəsi (Direction générale de l’armement DGA) və Müdafiə İnnovasiyaları Agentliyi (Agence de l’innovation de défense – AID) tərəfindən başladılan uzaqdan idarə olunan döyüş sursatlarının yaradılması layihələrinin bir hissəsidir. “Colibri Loitering Munition” və “Larinae Loitering Munition” adlanan layihələr müxtəlif məsafələrdə zirehli hədəfləri zərərsizləşdirə bilən sursatların hazırlanmasına yönəlib.

16 iyun 2023-cü il tarixində Müdafiə İnnovasiyaları Agentliyi (AID) “Nexter Arrowtech”, “EOS Technologie” və TRAAK şirkətlərindən ibarət sənaye konsorsiumu ilə pilotsuz kompleksin inkişafı üçün müvafiq müqavilə bağlayıb.

Layihənin icrası zamanı Nexter/EOS/TRAAK konsorsiumu “Nexter” şirkətinin döyüş başlığı, TRAAK şirkətinin naviqasiya sistemi və “EOS Technology” şirkətinin təkrar istifadə edilə bilən pilotsuz uçuş aparatından ibarət məmulatı hazırlayıb.

PUA şaquli qalxma və eniş (Vertical Take-Off and Landing – VTOL) texnologiyasından istifadə edir və süzən sursat və ya kəşfiyyat tapşırıqları üçün dron kimi istifadə edilə bilər.

“Veloce 330” süzən sursatı zirehdələn kumulyativ döyüş başlığı, həmçinin aktiv müdafiə komplekslərini dəf etməni təmin edəcək innovativ texnologiya almalıdır. Buna yəqin ki, yuxarı yarımkürədə aktiv müdafiə kompleksinin kor zonasına hücum etməklə nail olunacaq. “Nexter” şirkəti artıq 155 mm-lik BONUS (BOfors NUtating Shell) artilleriya mərmisi üzərində işləmək sayəsində bu tip döyüş başlığının hazırlanması təcrübəsinə malikdir.

Həmçinin zərbə kompleksinə TRAAK şirkətinin GPS-dən asılı olmayan təkmil naviqasiya sistemi inteqrasiya olunacaq. Bu naviqasiya sistemi düşmənin radioelektron mübarizə sistemlərinə qarşı yüksək müdafiə səviyyəsini təmin etməlidir.

Çoxsaylı istifadə həm də gündüz 15 km, gecə isə 3 km-ə qədər məsafədə nəqliyyat vasitəsini aşkar edə biləcək güclü optik stansiya sayəsində kəşfiyyat tapşırıqlarını yerinə yetirməyə imkan verəcək. Bu zaman, döyüş sursatı operativ qərarların qəbulu prosesinə insan müdaxiləsini istisna edəcək şəkildə layihələndirilib.

“Veloce 330” süzən sursatı 80 km məsafə qət etmək və havada üç saat işləmək üçün nəzərdə tutulub. O, aktiv müdafiəyə qarşı mübarizə aparmaqdan ötrü atımların generator bloku ilə təchiz edilib.

Əhəd Vahidoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla