AZ

Ukrayna əraziləri ard-arda ələ keçirildi – Şəhərin mərkəzinə girdilər

Rusiya ordusu Avdiv şəhəri (Donetsk) və Xarkov vilayətində Kupyan ətrafında irəliləyir.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Rusiya qoşunlarının Kupyanın cənub-şərqində yerləşən Kislivkanın mərkəzinə daxil olduqları, buradan Kotlyarivka istiqamətində 480 metr dərinliyədək irəlilədikləri bildirilir.

Xarkov regional administrasiyası təsdiqləyib ki, ruslar Kupyan istiqamətində hücumlarını bərpa edib. Hazırda Kislivka, Tabayivka, Sinkivka, Petropavlivka, Stelmaxivka, Berestovoy, Novoyeqorivka, Qrekivka, Makivka, Nevski, Terniv, Yampolivka, Torski, Serebryansk və Biloqorivka uğrunda şiddətli döyüşlər gedir.

ABŞ institutu qeyd edir ki, Rusiya ordusu Avdivin şimal-qərbinə, xüsusən də Oçeretnının mərkəzi hissəsi və Solovyovodan qərbə doğru irəliləyib. Məlumatda qeyd olunur ki, Rusiya Oçeretnının şimal-şərqi və Avdivin şimalında yerləşən Arxangelsk şəhərinin böyük hissəsinə nəzarəti ələ keçirib.

Bundan əlavə, ruslar Arxangelsk şəhərinin mərkəzi hissəsi, eləcə də Novoaleksandrivkanın şərqində, Keramikdən şimal-qərbdə, Novopokrovsk və Sokolivka və Pervomayskdan Nevelski istiqamətlərində, Semenivka və Berdiçivdən qərbdə 3.85 km enində və 2 kilometr dərinlikdə irəlilədiklərini iddia edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
Mənbələr
Şərh ()
Bağla

Reytinq