AZ

Türk dövlətlərinin iqtisadi hədəfləri...

Bakıda mayın 2-3-də keçirilən “Türk Dövlətləri İqtisadi Forumu 2024” türk ölkələrinin iqtisadi inteqrasiyası yönündə daha bir mühüm hadisə kimi xarakterizə edilə bilər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Türk Dövlətləri Təşkilatı  və Yazılım Sənayeçiləri Dərnəyinin tərəfdaşlığı ilə keçirilmiş bu tədbir türk ailəsini bir araya toplamaqla gələcək iqtisadi vizyonun müəyyən edilməsi və strateji proqramların həyata keçirilməsi baxımından yol xəritəsi hesab oluna bilər. 

Forumda müzakirə olunan əsas məsələlər türkdilli ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi və səfərbər olunması, xarici ticarət rejimin asanlaşdırılması, bu coğrafiyanın beynəlxalq mühitə inteqrasiyasının təşkili, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türkdilli ölkələr arasında iqtisadi dövriyyənin gücləndirilməsi ilə bağlı olub. Bu, bir daha türk dövlətlərinin iqtisadi iradəsini nümayiş etdirməklə onların böyük bir iqtisadi ittifaqda hərəkət etmək konseptinə işarədir. 

İqtisadi forumlar sözsüz ki, türk dövlətlərinin iqtisadi gündəliyinin bir parçasıdır və Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Macarıstan, Şimali Kipr kimi ölkələrdə keçirilməsi planlaşdırılmaqla daha böyük bir coğrafi iqtisadi xəritənin inkişafına imkan yaradacaq. 

Hazırda Türk Dövlətləri Təşkilatına daxil olan müstəqil türk dövlətləri 155 milyon əhaliyə sahib olmaqla 4,5 milyon kvadratmetr coğrafi ərazini əhatə edir 1,5 trilyon dollara yaxın nominal ÜDM-ə sahib olmaqla dünyada 13-cü yerdə qərarlaşır. Alıcılıq qabiliyyəti pariteti üzrə isə türk dövlətlərinin real ÜDM-nin həcmi 4,7 trilyon dollara yaxındır. Türk dövlətlərini vahid dövlət strukturu kimi götürsək, ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə hesab olunardı. Bu potensial Türk dünyasının iqtisadi gücünün real dəyəridir. İmkanlar isə daha böyükdür, nəqliyyat-tranzit imkanları, “yaşıl enerji”, turizm və digər potensiallarla birlikdə bu coğrafiyanın üzvlərinin iqtisadi gücü daha da artmış olacaq.

Hazırda türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi təxminən 45 milyard dollar təşkil edir. Bu, onların ümumi ticarət dövriyyəsinin 4 faizə yaxını deməkdir. Ancaq potensial bundan ən azı 10 dəfə böyükdür. Bu məqsədlə türk ölkələri ticarətin asanlaşdırılması, azad gömrük ittifaqının yaradılması, prefererensial ticarət rejimin yaradılması istiqamətində səylərini birləşdirib.

Sözsüz ki, bu prosesdə fəal mövqe tutan Azərbaycan türk dövlətləri ilə iqtisadi dövriyyənin artırılmasında daha çox təsəbbüşkarlıq edir. Ölkəmizin 2023-cü ildə türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi əvvəlki illərlə müqayisədə 70 faizdən çox artaraq 8 milyard dollara çatıb. Belə ki, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi illik müqayisədə 45 faiz, Qazaxıstanla 35 faiz, Türkmənistanla 4 dəfə, Qırğızıstanla isə 5 dəfə artıb. Azərbaycanın türk dövlətləri ilə ticarət dövriyyəsinin yaxın illərdə 20 milyard dollaradək artırılması hədəflənir.

Ötən il noyabrın 3-də Türk Dövlətləri Təşkilatının Astanada 10-cu yubiley Zirvə görüşündə enerji və iqtisadiyyat sahəsindəki əməkdaşlığın yeni körpülərinin inşa edilməsi, beynəlxalq yükdaşımalarında və dünyanın yeni enerji gündəliyi olan “yaşıl enerji” dəhlzilərində sıx ünsiyyətim gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı yeni prioritetlər müəyyən edilib. Həmin prioritetə əsasən, türk dövlətləri üçün əsas strateji proqrqamlardan biri enerji resurslarının bir dəhlizdə birləşdirilməsi hədəflənir. Azərbaycanın müəllifi olduğu Transadriatik qaz kəmərinə (TAP) Türkmənistan və Qazaxıstanın qoşulması istisna deyil. Ötən il Qazaxıstanda keçirilmiş Zirvə Görüşündə Azərbaycan, Türkmənistan və Türkiyə arasında imzalanmış enerji sazişi bu nəql imkanlarınının reallaşmağa başlaması üçün hüquqi əsas yaradır. Belə ki, Azərbaycan, Türkmənistan və Türkiyənin imzaladığı “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”u türkmən qazının Avropa Birliyinə nəqli üçün ilkin baza sazişidir. Sonrakı mərhələdə Qazaxıstan da bu enerji xəttində təmsil olunacaq. Nəticədə 4 türk ölkəsinin sahib olduğu Xəzərin qaz mənbələri hesabına Avropaya ildə 80-100 milyard kubmetrə yaxın qaz nəql etmək mümkün olacaq. Bu, Avropanın qaz tələbatının ən azı 40 faizi deməkdir. İllik ticarət dəyəri isə 70-80 milyard dollar deməkdir.

Azərbaycanın yerləşdiyi geostrateji tranzitdə Yeni Enerji Xəritəsinin daha bir seqmenti Orta Dəhlizdir. Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi adlana bu koridorun əsas iştirakçıları da türk dövlətləridir. Qazaxıstan, Özbəkistan və Azərbaycan “yaşıl enerji” dəhlizi adlanan bu koridorda birləşmək üçün mayın 1-də Daşkənddə memorandum imzalayıb. Sənədə əsasən, 3 ölkənin mövcud külək və günəş enerjisi resursları vahid dəhlizdə birləşərək Avropaya nəql ediləcək. 

Türk dövlətləri üçün əsas çağırışlardan biri də Zəngəzur dəhlizində birgə iştirakdır.

Türk ailəsinin ortaq layihəsi hesab edilən Zəngəzur dəhlizi b?tün türk coğrafiyasının vizyonunu dünyaya nümayiş etdirən planetar qovşaqdır. Zəngəzur dəhlizi Çin və Mərkəzi Asiyanın bütün türk ailəsini Azərbaycan və Türkiyə, eləcə də bu ailənin tamhüquqlu üzvünə çevrilən Macarıstanın da iqtisadi imkanlarını birləşdirəcək güc landşaftı yaradacaq. 

Türk dövlətləri həm də Azərbaycanın azad edilmiş ərazilərinin yenidən qurulmasında ön plandadır. Türkiyə, Özbəkistan, Qırğızıstan və Qazaxıstan Qarabağda və Şərqi Zəngəzurda apardığı bərpa-yenidənqurma işlərinə də öz töhfələrini verir. Füzulidə inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, Qazaxıstan tərəfindən tikiləcək Füzulidə Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzi, Cəbrayılda yaradılan Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi, Zəngilanda birinci mərhələsi açılan “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksi türk ölkələrinin iqtisadi əməyinin bəhrəsidir. 

Azərbaycanın təşəbbüskar olduğu layihələrin icrası isə türk ölkələrinin dünya birliyində yeni iqtisadi simasını və gücünü təmin edəcək və Türk Dövlətləri Təşkilatı Avrasiya coğrafiyasında öz qətiyyətini ortaya qoyan struktur kimi daha da möhkəmlənəcək.

E.CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
50
Mənbələr
Şərh ()
Bağla

Reytinq

Ağdamda qayınata və onun keçmiş gəlini TUTULDU - FOTO
8713
Şahdağ, Qrız və Xınalıqda qar yağır – FAKTİKİ HAVA
5450
Moskvada azərbaycanlı oğul biznesmen atasını döyərək öldürdü, özünü binadan atdı
5262
Avropada mühacirətdə olan Mehdi Xəlilbəyli Bakıda həbs olunub
5070
Meyiti zirzəmidən tapılan Könülün ailəsində daha bir itki
4882
8 yaşlı qızı barədə Tiktokda bu sözləri dediyi anda polislər içəri girib apardı - FOTO
3881
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
3145
"Komedixana"dakı Xəyalənin həyat yoldaşı görün kimdir - FOTO
3001
Övladlarını itirən aparıcı Aynur: "Belimi qırdınız"
2924
Bu məcburi köçkünlərə verilən aylıq müavinət dayandırıldı - RƏSMİ
2805
Sabah 20 dərəcə isti olacaq
2762
Gəncədə insident – azarkeşlər futbolçuları döydülər (ÖZƏL, FOTO)
2327
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb
2315
Röyanın biabırçı videosu yayıldı
2306
Otaqda meyiti tapılan tibb bacısının ÜRƏKDAĞLAYAN FOTOLARI
2287
Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxlanıldı
2133
Azərbaycan və Belarus prezidentləri Şuşada Bülbülün ev-muzeyində olublar
2122
Hikmət Hacıyev Baydenin müşaviri ilə Ermənistan-Azərbaycan normallaşma prosesini müzakirə edib
2054
“Anadolu Ankası – 2024” beynəlxalq təlimi başa çatıb - VİDEO
1718
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
1703