AZ

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Bakı, 4 may, AZƏRTAC

Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunan “Səttar Bəhlulzadə yaradıcılığı uşaqların gözü ilə” rəsm sərgisi başa çatıb.

AZƏRTAC xəbər verir ki, sərgi S.Bəhlulzadənin ev-muzeyi və 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.

Sərgidə mərkəzin "Dekorativ rəsm" dərnəyinin üzvlərinin Səttar Bəhlulzadə yaradıcılığına həsr olunmuş mənzərə, natürmort, portret janrında çəkdikləri 13 rəsm işi nümayiş olunub.

Muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Pərzad Abdinova qonaqları salamlayaraq sərginin görkəmli fırça ustasının115 illiyi ilə əlaqədar il ərzində keçiriləcək tədbirlər silsiləsindən biri olduğunu qeyd edib, ustad rəssamın yaradıcılığının hər zaman uşaqlar üçün örnək olduğunu vurğulayıb.

Dərnəyin rəhbəri Aytən Bəylərzadə çıxış edərək gənc rəssamların sərgiyə hazırlıq prosesi və iştirakından danışıb.

Tədbirin bədii hissəsində mərkəzin istedadlı uşaqları musiqi nömrələri ilə çıxış edib. Sərginin yekununda gənc rəssamlar diplomlarla təltif olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla

Reytinq