AZ

Bakıda Avropa Komissiyasının nümayəndə heyəti ilə Orta Dəhlizin inkişafı müzakirə olunub

Bakı. Trend:

Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Orta Dəhlizininkişafı məsələləri müzakirə edilib.

Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyatnaziri Rəşad Nəbiyev şəxsi “X” hesabında paylaşım edib.

"Ölkəmizdə səfərdə olan Avropa Komissiyasının qonşuluq vəgenişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupmanlagörüşdük. Avropa İttifaqı və Azərbaycan arasında nəqliyyatsahəsində əməkdaşlığı, xüsusilə Orta Dəhlizin inkişafı məsələlərinimüzakirə etdik", - nazir bildirib.

Qeyd edək ki, Orta Dəhliz artıq 10 ildir ki, inkişaf edir, lakinson illərdə geosiyasi reallıqlar fonunda ona xüsusi diqqətyetirilir. 2023-cü ildə Orta Dəhlizlə 2,76 milyon ton yük daşınıb,2024-cü ildə isə 4,2 milyon tona çatdırılması planlaşdırılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla

Reytinq